14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başladı

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başladı
17 iyul 2023
# 10:10

10-15 noyabr tarixlərində Bakıda keçiriləcək 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başlayıb.

Kulis.az xəbər verir ki, müəlliflər festivalın beynəlxalq və yerli müsabiqəsinə 30 dəqiqə, “Cinemobil”-ə isə 5 dəqiqədən çox olmayan filmlərini təqdim edə bilərlər.

Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini avqustun 31-nə kimi https://filmfreeway.com/bakuisff platforması üzərindən göndərməlidirlər.

Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur.

Müəlliflər filmlərini festivalın saytı ((www.filmfestival.az)) vasitəsilə sentyabrın 20-nə kimi göndərə bilər.

Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda mübarizəyə qoşulacaq.

“Cinemobil”-ə mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlər qəbul olunur.

Müsabiqənin yarışma bölümündə mübarizə aparacaq filmlər iki nominasiya uğrunda yarışacaq.

Belə ki, “Ən yaxşı film” nominasiyasının qalibi münsiflər heyətinin, “Tamaşaçı rəğbəti” nominasiyasının qalibi isə tamaşaçıların qərarı ilə seçiləcək.

Festivala göndərilən bütün filmlər Seçim Komissiyasının ixtiyarına veriləcək.

Peşəkar mütəxəssislərdən ibarət olan həmin heyət festivalın müsabiqə bölmələrində yarışacaq filmləri müəyyənləşdirəcək. Seçim zamanı hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə diqqət yetiriləcək.
Festivalın müsabiqə bölmələrində iştirak edəcək qısa filmlərin siyahısı 25 oktyabrda elan olunacaq.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl Nar”dır. “Qızıl Nar” behiştdən onlarla dənəciyi- ideyanı, enerjini bətnində daşıyan qadını təsvir edir. Film çəkən rejissor da enerji, ideya və ssenarini öz “bətnində” daşıyır. O an gəlib çatdıqda rejissor bətnindəkini işıqlı və real məkana çıxarır. Beləliklə, kino qaranlıqda işığın əks olunması ilə başlayır.

“Qızıl Nar”la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı artıq 14 ildir ki, əzmlə yoluna davam edir.

Məqsəd ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir.
Festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başlayıb 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başlayıb

# 1425 dəfə oxunub

Oxşar xəbərlər

Müasir incəsənətin panoraması - Çingiz Babayev

Müasir incəsənətin panoraması - Çingiz Babayev

17:20 24 fevral 2026
30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar...  - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

30 illik səyahət, çoxsaylı evliliklər, gözüyaşlı qadınlar... - O, məşhur "Səyahətnamə"sini özü yazmamışdı?

17:00 24 fevral 2026
İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

İstiqlal Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı

16:00 24 fevral 2026
Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

Samir Nuriyev Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordenini təqdim etdi

15:10 24 fevral 2026
“Vicdanın susduğu gecə”  adlı anım tədbiri keçirildi

“Vicdanın susduğu gecə” adlı anım tədbiri keçirildi

14:30 24 fevral 2026
Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

14:00 24 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər