Blutuz-la “qız tutmağın” dövrü keçdi

Blutuz-la “qız tutmağın” dövrü keçdi
7 iyun 2011
# 06:00
“Trend” layihəsində “Twitter”də ən çox müzakirə olunan mövzulara aid seçmə “tvit”lər təqdim olunur.

“Trend”in məqsədi bir qrup insanın eyni mövzu ətrafında, xüsusilə bir neçə sözün qarşısına # işarəsi qoymaqla xəbər axını yaratmaqdır.

“#” işarəsinin adı hashtag-dır. Hashtag informasiya axınını tənzimləyir. “Twitter”də istənilən sözün qarşısında hashtag qoyub rahatlıqla o sözlə bağlı “tvit”ləri tapıb oxuya bilərsiniz.

Sizə bu günlərdə məşhurlaşan - “Dövrü keçdi” (yazılışı - #dövrü keçdi) trendi ilə bağlı “tvit”ləri təqdim etmək istərdik. İstifadəçilər bu trendlə hadisələri, əşyaları, geyimləri, yaşam tərzlərini, bir sözlə, dövrü keçmiş hər şeyi yada saldı.

Beləliklə, bu trend üzrə yazılmış “tvit”lər:

• “Şessot” maşının dövrü keçdi
• Bluetooth-la “qız tutmağın” dövrü keçdi
• Ağaca sarılıb şəkil çəkdirmək dövrü keçdi
• “McDonalds”da sevgiliyə görüş təyin etmək
• “İşıq sönmüşdü, dərs oxuya bilmədim” bəhanəsi”
• Hüseyn Dərya, yoxsa Elşad Xose sualının dövrü keçdi
• Son zəngdə bulvarda \\\"kruqa almağ\\\"ın dövrü keçdi
• Mobil telefonlarda ik-portun dövrü keçdi
• “Palaroid” fotoaparatlarının dövrü keçdi
• Ericsson T10 telefonunun dövrü keçdi
• Mentaliteti tənqidin dövrü keçdi
• “Kurtlar vadisi”nin dövrü keçdi
• “Bakkuş”ların, “Love” saqqızlarının dövrü keçdi
• Qara eynəklə maşının sükanını tutub, üstəlik qapını da açıq qoyub, özünü bomba, pullu, zor oğlan göstərməyin dövrü keçdi
• Hi5, MySpace (sosial şəbəkələr - G.Ə) dövrü keçdi
• Box.az-da e-mail açmağın dövrü keçdi və hətta mail.ru chatında, agentində otumağın da dövrü keçdi
• Audio, Video kasetlərin dövrü keçdi
• İsmayıl YK-nın dövrü keçdi
• “Gidersen, ben ölürüm....dayanamam” dövrü keçdi
• Gizli-gizli öpüşməyin dövrü keçdi, millət seksual inqilab edir.
• Braziliya seriallarının dövrü keçdi
• Çətir kimi şişirdilmiş “çelka”ların dövrü keçdi
• \"Saçı uzun oğlan – geydir\" dövrü keçdi
• Saçı “refle” rənglətmək dövrü keçdi
• Dodağa kontur vurmaq dövrü keçdi
• Telefona pulla mahnı yazdırmaq, şəkil köçürtdürmək dövrü keçdi
• “Bağışlayın, xanım, saatı deyə bilərsiniz?” “podxodunun” dövrü keçdi
• Nazpəri Dostəliyeva tipli saç düzümü və makiyaj üslubunun dövrü keçdi
• Çatda “qız və ya oğlan tutmaq” dövrü keçdi
• Jetonların dövrü keçdi
• Aygün Kazımovanın dövrü keçdi
• İnternet forum, Yahoo qrupların dövrü keçdi
• “07” markalı maşınla avtoşluq etməyin dövrü keçdi
• Toyda tamadanın, tamada şeirlərinin, qohumlara “söz verilməsi” dövrü keçdi
• Şəkil çıxartdırmağın dövrü keçdi

Günel Əsgərzadə
# 3021 dəfə oxunub

Oxşar xəbərlər

"Süd kəsilsin deyə dərman qəbul etmək olmaz" - APAMED

"Süd kəsilsin deyə dərman qəbul etmək olmaz" - APAMED

16:15 24 may 2025
Yad et məni, aşiqanə yad et! - Günün şeiri

Yad et məni, aşiqanə yad et! - Günün şeiri

15:10 24 may 2025
Gürcüstanla mədəni əməkdaşlıq müzakirə olunub

Gürcüstanla mədəni əməkdaşlıq müzakirə olunub

14:50 24 may 2025
"O xalının üstündən hər gün min adam keçir" - Röyanın Kannda nə işi var?

"O xalının üstündən hər gün min adam keçir" - Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Qadınla Kişi Eyni Ola Bilməz! - Seyran Səxavət

Qadınla Kişi Eyni Ola Bilməz! - Seyran Səxavət

13:50 24 may 2025
Üzeyir Hacıbəylinin Ev Muzeyində konsert proqramı keçirilib

Üzeyir Hacıbəylinin Ev Muzeyində konsert proqramı keçirilib

12:25 24 may 2025
# # #