Assancdan Facebook barədə şok iddia

Assancdan Facebook barədə şok iddia
4 may 2011
# 10:08
“Wikileaks” saytının qurucusu Culian Assanc yeni açıqlamaları ilə yenə gündəmdədir. Assanc “Facebook”, “Google”, “Yahoo” kimi nəhəng Amerikan internet firmalarının ABŞ kəşfiyyatına çalışdığını iddia edir.

Kulis.az-ın “Huffington Post”-a istinadən verdiyi xəbərə görə, Culian Assanc “Facebook, Google, Yahoo kimi firmalar ABŞ-ın layihəsidir” deməsi ilə yenidən diqqəti öz üzərinə çəkib.

ABŞ-ın diplomatik sənədlərini ictimaiyyətə sızdıran Assanc: “Facebook ən dəhşətli casusdur. Bu şəbəkə insanlar haqqında məlumat almaq üçün böyük mənbədir. İnsanlar dostlarını Facebooka əlavə edərək kəşfiyyat orqanları üçün pulsuz işləyirlər. Dost əlavə etməklə ordakı qeydiyyatınızı yeniləmiş olursunuz” deyə bildirib.

Qeyd edək ki, amerikan firmaların insanları izlənilməsi ilə bağlı son günlər daha bir məlumat da yayılmışdı. Belə ki, “Apple” və “Google” məhsullarının istifadəçiləri iPhone və Androidlərdə getdikləri yerlərin qeydiyyatının aparılmasını iddia edirdilər. Daha sonra Stiv Cobs bu iddiaları rədd etmiş və “Apple” məhsullarının məkan qeydini aparmadığını bildirmişdi.

Günel Əsgərzadə
# 2862 dəfə oxunub

Oxşar xəbərlər

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər