Facebookdakı 10 azərbaycanlı

Facebookdakı 10 azərbaycanlı
25 sentyabr 2012
# 10:25
Facebook təxminən 2008-ci ildən Azərbaycana gəlib. 2010-cu ildən məşhurlaşıb. Bəzi şeylər vaxtında gəlmədiyi kimi Facebook da vaxtında gəlmədi. Metroya minib düşə bilməyən, svetoforda sarı işıq yananda siqnal verən, tualetdən istifadə edə bilməyən insanlar olan məmləkətə Facebook hələ bir az tez gəldi. Facebook ölkəyə girən kimi əsasən də gənclər cumdu ora. Mən Facebookda olan gəncləri müəyyən hissəyə bölürəm:

1. “Like” istəyən gənclik. Hesabınızı tutun gecə saat 2-dir. Hansısa vacib bir işin üstündə işləyirsən. Facebook da yaddan çıxıb, açıq qalıb. Qəfil səs səni işdən uzaqlaşdırır. Açıb baxırsan ki, görəsən kimdi gecənin bu vaxtı həyəcan təbili çalan? Bu tip mesajla qarşılaşırsan: “Qardaşımsan, axırıncı statusu “like” elə də”. Bundan sonra işə davam edə bilirsənsə, deməli sən dahisən.

2. Sevgilisindən ayrılanlar. Fikirləşin ki, normal əhval-ruhiyyə ilə Facebooku açırsan. Gördüyün ilk status belə olur: “Getdi. Çantalar kədərləndi. Sənsiz çox çətindi”. “Getmə”. “Bu gün tərk edildim”. Ay qardaş, ay bacı, gecə vaxtı sənə kim icazə verib axı, mənim qanımı it qanına döndərirsən. Guya elə biz fərəzən gündə, ağ gündəyik... (Bir vaxtlar məndə belə statuslar yazmışam. Bütün Facebook dostlarımdan buna görə üzr istəyirəm).

3. Yalnız qız axtarmaq üçün Facebooka girənlər. Bunlar çox maraqlı tiplərdi. Axtarış yerinə A, N, və başqa hərif yazıb qarşılarına çıxan ilk adama yazırlar. Adətən belə yazırlar: “Sizi hardansa tanıyıram”. Guya Bakı çox böyükdür. Ay rəhmətliyin nəvəsi, ən azından bir dəfə metroda görmüsən də. Metroda “bacı, gəl otur” demisən.

4. Facebookdan xəbər saytı kimi istifadə edənlər. Əslində bu adamlar normalda xəbər-filan oxumur. Sadəcə bəzi yoldaşların paylaşdığı linklərdəki ilk cümləni oxuyur. Beləcə, axşam şəhərə çıxanda cüzi informasiyası olur. Kafedə siqaret çəkə-çəkə danışmaq üçün. Amma bu cür istifadəçilər yuxarıdakılara baxanda bir az normal görünür.

5. Facebookdan siyasi çağırış edənlər. “O getməlidi”, “bu gəlməlidi”. Həmin adamın Facebook səhifəsinə baxanda maraqlı halla rastlaşırsan. Deməli, bu adam 4-5 ildir ki, yalnız siyasi çağırışlar yazır. Ay insan, bir havadan, musiqidən də yaz. Rahat ol. Gedən, yaxud gələn, vallah, sənin sözünlə gəlməyəcək.

6. Facebookda kim nə yazırsa, onu “iynələyən”. Tutaq ki, sənə vacib bir məkanın ünvanı lazımdır. Status yazıb, bunu dostlarından soruşursan. Tələsirsən, həmin yeri təcili tapmalısan. Hamını “iynələyən” tip belə şərh yazacaq: “Neynirsən ki?” Yaxud bir musiqi paylaşırsan. Qoçaq o dəqiqə yazır: “Yenə kimi sevirsən?” Ay qardaş musiqiyə qulaq asmaq üçün kimisə sevməliyəm? (Məncə həmin adamları blokda saxlayın).

7. Facebookda bütün günü ancaq öz sevgilisinin fotosunu paylaşanlar. Adətən belə şərhlər yazırlar: “Səninəm, varlığım, sənsiz neylərəm?” Bildik ki, sevirsən. Onsuz neyləyəcəksən ki, guya... Adətən belə statusları qızlar yazır. Çox vaxt da sevgililərinin fotolarında siqaret görünür.

8. QHT-sini reklam edənlər. İnsafən, belə adamlar azdı. Amma təəssüf ki, var. Peşman olub biri bir tədbirə dəvət edir. Tamam. Tədbirdəki fotoları paylaş, çıxsın-getsin. Tədbir qurtaran kimi ilk işi bütün fotoları Facebooka qoymaq olur. Bu günün birinci yarısı. Axşam işdən evə gələn kimi isə şəkillərin altına bir-bir şərh yazıb buraxır Facebooka.

9. “Araz” kafesində çay içənlər. İçəri girən kimi çay istəməkdən qabaq Facebookda “at Araz” (Yəni “Araz” kafesindəyəm) yazmasa, oturmur. Bu “at” söhbətinə görə yağışda Köhnə Günəşlidən şəhərin mərkəzinə gələn adamlar var.

10. İstirahətə gedən və getdiyi yerdə edəcəyi, yaxud da etdiyi hər şeyi Facebookda fotolarla yayan insanlar. Ay qardaş, tamam getmisiniz. Olmazmı ki, orda istirahətini edib, fotoloları evdən kompüterlə yükləyəsən. Elmin Həsənli yəqin inciməz.
# 2514 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV

Bakıda kütləvi hipnoz terapiyaları keçirilirmiş - APA TV

22:47 22 fevral 2025
Gənc şair Həsən Kür intihara cəhd etdi - Foto

Gənc şair Həsən Kür intihara cəhd etdi - Foto

21:03 22 fevral 2025
Mətbəə 60 ildən sonra muzeyə çevrildi

Mətbəə 60 ildən sonra muzeyə çevrildi

14:22 22 fevral 2025
Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısında

Salman Rüşdini bıçaqlayan şəxs məhkəmə qarşısında

13:00 22 fevral 2025
Ledi Qaqa pulsuz konsert verəcək

Ledi Qaqa pulsuz konsert verəcək

12:30 22 fevral 2025
Azərbaycanda kremasiya hansı qaydalarla həyata keçirilə bilər?

Azərbaycanda kremasiya hansı qaydalarla həyata keçirilə bilər?

11:18 22 fevral 2025
# # #