Hansı texnologiyalar uzun müddət bizimlə olacaq?
Bir vaxtlar işlətdiyimiz antenalı telefonlar, lentli audio, video kasetlər, disketləri indi unutmuşuq. Elə bu günün texnologiyalarının da bir müddətdən sonra həyatımızdan silinib getmə ehtimalı var. Ancaq bəzi texnologiyalar var ki, bunlarla hələ uzun müddət bir yerdə olacağıq.
“QWERTY” klaviaturası
Həssas ekranlar, səsi yazıya çevirə bilən cihazlar köhnə dostumuz olan klavitaturanın yerini ala bilməyəcək. Fərqli əlifba konfiqurasiyalarının içində ən populyarı olan “QWERTY” isə çox güman ki, ən uzun yaşayacaq klaviatura forması olacaq.
PC – şəxsi kompyuter
“Apple” PC istehsalçılarından daha çox satılır. Yeni nəsl isə “Mac”a üstnülük verir. Bu baxmayaraq dünyada PC hələ də satılmaqdadır. Özü də PC-nin satış göstəriciləri “Mac”dan 15 dəfə çoxdur. 15 il sonra vəziyyətin dəyişib-dəyişməcəyini heç kim bilmir, amma bu günkü rəqəmlər 15 il əvvəlkilərlə eynidir. Forması, ölçüləri dəyişsə də, PC on beş il sonra da, bəlkə daha uzun müddət mövqeyini qoruyacaq.
USB bağlayıcı
USB – 15 il əvvəl həyatımıza daxil olub, elektron cihazları bir-birinə calayır. Böyük ehtimalla, qarşıdakı illərdə də ondan istiadə edəcəyik.
Disklər
Texnologiya nə qədər inkişaf edirsə-etsin, insanlar şəxsi məlumatlarını disklərə yazmaqdan nəinki 10 il, heç 50 il sonra da əl çəkməzlər.
Wi-Fi
15 ildir geniş şəkildə istifadə olunan Wi-Fi texnologiyası simsiz şəbəkə yaradır. Sürəti və keyfiyyətini ildən-ilə artıran Wi-Fi gələcəkdə də bizim üçün əhəmiyyətli olacaq.
HTML
İstifadəçilərin ehtiyacları durmadan artır. Ona görə internetin baza dili HTML də boş dayanmır, yenilənir. Daxil olmaq istədiyimiz saytın qarşısına “HTML” yazmasaq da, qarşıdakı illərdə də standart bir web saytın baza kodu yenə HTML üzərində qurulacaq.
Nəğd
Kredit kartları ilə ödəniş, internetdən alış-veriş nə qədər geniş yayılsa da, nəinki Azərbaycanda, elə dünyanın bütün ölkələrində nəğd ödəniş ən rahat ödənişlər sırasında qalacaq.
Tabletlər
On il əvvəl bazarda yox idilər, indi isə hər yerdədirlər. Markası, modeli, əməliyyat sisteminin fərqi yoxdur; onlardan gələcəkdə də çox istifadə olunacaq.
E-poçt
Nə Facebook, nə Skype, nə MSN Messenger... Elektron poçt yeni nəsil üçün nə qədər köhnə sayılsa da, iş dünyasında ən etibarlı və rahat ünsiyyət vasitəsidir.
JPEG şəkillər
Fotoaparatınızın, bəlkə elə sizin də yaddaşınızdan silinə bilər, amma kompyuterinizin yaddaşından heç vaxt silinməz.
Lazerli yazı löhvələri
Yaxın on ildə hansı texnoloji dəyişiklər olacaq, heç kim bilmir. Amma nə olursa-olsun, kağızdan heç kim əl çəkməz. Həmin vaxtacan rəngli lazerli yazı lövhələri daha da ucuzlaşacaq və beləcə, qarşıdakı illərə bizimlə birgə addımlayacaq.
Televizor
Səs-küylü şou proqramlar artır, baxmağa bir normal TV-kanalı tapmırıq, buna baxmayaraq televizor gələcəkdə də bizimlə olacaq. Dostlarla birgə popkorn yeyib, kola içərək film izləməyin ayrı ləzzəti var.
Microsoft Office
Yeni versiyalarındakı dəyişikliklərdən çox da yaxşı baş çıxmasaq da, uşaqlarımıza “Biz də bunlardan istifadə edirdik” deyə biləcəyimiz “Word” və “Excel” həmişə olacaq.
Hazırladı: Rena Nevzat

Oxşar xəbərlər
"Allaha inanmıram, ancaq ondan çox qorxuram..." - Onun poeziyasını niyə Alpın zirvələrinə bənzədirdilər?
18:24
29 dekabr 2025
Xan qızının məclislərinə çağırıldı, "tarın atası" adlandırıldı... - Onu niyə "Sadıqcan" çağırırdılar?
17:38
29 dekabr 2025
Əməkdar artistin bədəni çürüyür - Plastik əməliyyat faciəsi
17:15
29 dekabr 2025
“Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
16:43
29 dekabr 2025
Kor musiqiçi, Qanlı Yanvar və susmayan fırça - Vaşinqtonu "fəth edən" ilk azərbaycanlı
16:40
29 dekabr 2025
Tanınmış meyxanaçı xəstəxanaya yerləşdirildi
15:37
29 dekabr 2025