Toy olsun, ya olmasın?!
23 fevral 2011
18:29
Adama elə gəlir ki, toy ölkəmizin həyatında vacib olan yeganə məsələdir. Diqqət edin, nigah yox, məhz toy. Azərbaycanlıların nigaha (oxu: qanuniləşdirəmyə və ümumiyyətlə qanuna) adətən əhəmyyətsiz bir nəsnə kimi yanaşmasından, daha çox toy mərasiminə (oxu:formallığa - adət ənənəyə ) üstünlük verdiyindəndir ki, sonradan ailələrdə ciddi problemlər yaranır. Amma xırdalığa varmadan mətləbə keçək. Anladız, “Toy olsun” telelayihəsindən danışacağıq.
****
ANS kanalında yayımlanan «Toy olsun» proqramının ən reytinqli telelayihə olduğuna şübhə etmirəm. Həftənin 5 günü efirdə canlı yayımlanan teleproqrama qatılan kişilər və qadınlar özləri haqda məlumat verir, hansı keyfiyyətlərə malik insanla ailə qurmaq istədiyini deyir, onları bəyənəcək adamın zəngini gözləyirlər. Verilişə əsasən iki münasibət var: insanların bir qismi verilişin gərəkliliyini düşünür, bir qismi isə onu bayağı hesab edir. Hər halda layihəni dəstəkləyənlərdən və kəskin tənqid edənlərdən fərqli olaraq mənim bu barədə bir balaca fərqli düşüncələrim var.
****
«Toy olsun» proqramı nələri üzə çıxartdı? Ölkəmiz üçün xarakterik olan çox ciddi problemləri: milli mentallıqda kök salmış antidemokratik düşüncələrdən başlamış sosial probelmələrə qədər ən müxtəlif məqamları. «Toy olsun» cəmiyyətin psixoloji, sosial vəziyyətini, düşüncəsini, dünyagörüşünü, həyata baxışını daha çılpaq şəkildə ortaya qoydu.
Verilişə axın böyükdür. Hamı evlənmək istəyr: yaşlı, qoca, gənc. Və əmin olursan ki, bu verilişə gələnlər üçün yer üzündə evlənməkdən, toy etməkdən, cehizdən muqəddəs, ali məqam yoxdur və o dünyaya yalnız bunları yaşamaq üçün gəlir.
Amma…. ailə qurmaq istəyən iştirakçılar danışdıqca əsas məqsədləri də tədricən üzə çıxır. Bəlli olur ki, əksəriyyətinin evlənmək və ya ərə getmək məqsədinin arxasında mənəvi, ruhi və fiziki tənhalığın doğurduğu istək yox, sosial, maddi amillər dayanır.
«Toy olsun»a qatılanların böyük əksəriyyətinin ev probelmi var, oğlanlar evi olan qız, qızlar da öz növbəsində mənzili olan oğlan axtarır. Bəzi iştirakçılar isə elə birbaşa efirdən yalnız mənzilə sahib olan qızla ailə qurmaq istədiklərini deyirlər. Amma bu hələ hamısı deyil, yəni evə malik qızla ailə qurmaq istəyən oğlanların tələbi bununla bitmir: onlar eyni zamanda yaraşıqlı, gənc, evdar olmalı və qız onun tələblərinə uyğun yaşamalıdır. Boşanan, dul qalan, uşağı olan qadın rədd edilir. Çünki ailəsindən ayrılan, dul qalmış (oxu: bakirə olmayan), üstəlik, uşağı olan qadınla evlənməyi ləyaqətlərinə və qeyrətlərinə (təbii ki, onların təsəvvüründəki ləyaqət və qeyrət anlayışından söhbət gedir) sığışdırmırlar. Yeri gəlmişkən, bəzi qızlar da heç vaxt evli olmamış kişiyə üstünlük verirlər.
****
Azərbaycan mentallığında qızın və ya qadının evinə girmək ayıb sayılır. Verilişdə qeyrətdən, namusdan dəm vuran və evi olan qız axtaran «bomba» oğlanlara kimsə bunun ayıb oluğunu deyəndə onlar aqressviləşirlər. Yəni belə düşüncə tərzinə malik azərbaycanlı kişilər özünə sərf edəndə qeyrət haqqında (feodal mentallağının doğurduğu qeyrət anlayışı) ağızdolusu danışır, amma nəsə onların maraqlarına cavab verməyəndə isə bu qərəz sayılır.
Beləliklə, verilişin üzə çıxırdığı ən başlıca problem insanların ev problemidir. Verilişdə insanların ev amilini önə çəkməyi ölkədə mənzil probelminin aktuallağından xəbər verir. Əksər insanların evi olmaması səbəbindən ailə həyat qura bilməməsi yenilik deyil. Tətbiq olunan güzəştlər, məsələn, ipoteka şərtləri isə sıravi vətəndaşın cibinə uyğun gəlmir.
****
Verilişin üzə çıxardığı ikinci problem işsizlik və gəlirin az olması ilə bağlıdır. Ev şəraiti qeyri-qənatəbəxş olan və ya kirayədə yaşayan işitirakçıların bəzisi işsizdir, çoxunun isə gəliri azdır. Aparıcıların «bəs ailəni necə dolandıracaqsan» sualının isə adətən fatalist cavabı olur: «İnşallah Allahın köməyi ilə düzələr».
Bu mənada qadınlar 2 qrupa bölünür. Bir qisim qadın gəliri yaxşı olan ər tapandan sonra işləmək istəmədiyini deyir, digər qisim isə, ümumiyyətlə, heç vaxt işləməyib, işləmək fikrində də deyil və ərə gedib evdar qadın olmaq arzusundadır. Üstəlik, verilişin aparıcıları da əsasən kişi iştirakçıların qazanc gətirməli olduğunu iddia edir, qadın da bir qayda olaraq onun qazancına şərik olmalıdır. Yəni cəmiyyətdə qazanc məsuliyyəti daha çox kişinin üzərinə atılır.
****
Normal, sağlam cəmiyyətdə hər bir insan cinsindən asılı olmayaraq ayaqları üstə dayanır. Dəfələrlə təsdiq olunmuş faktdır ki, qadınların maddi baxımdan kişilərdən asılılığı sonradan çox problemlər yaradır. Evə pul gətirən kişilər bəzən qadınla qul kimi davranır, təhqir edir və qadın əlacsızlıqdan boşana bilmir, sosial məsuliyyəti təkbaşına daşıya bilməyəcəyindən qorxur.
Və ya yalnız kişinin işləməsi ailənin xərclərini ödəmir. Əgər qadının öz gəliri olsa bu zaman məcburi şəkildə «bir parça çörək üçün» ərə getməyəcək.
Belə olan halda ailələr də təmannalılıq, maddi məqsəd üzərində qurulmayacaq.
Yalnız hər iki tərəfin sosial təminatı normal, təmənnasız, sağlam ailələrin qurulmasına yardımçı ola bilər.
****
Verilişdə üzə çıxan digər və daha ciddi problem insanların düşüncə tərzi ilə bağlıdır.
İştirakçı oğlanların onlara ərə getmək istəyən qızlara ilk sualı belədir: «verilişə gəlməyinizdən valideynlərinizin xəbəri varmı?»
Əgər xəbəri varsa, demək, bu qızın əxlaqında, tərbiyəsində ciddi problemin olmaması anlamına gəlir. Analar da uşağın əlindən tutub bağçaya aparan kimi qızlarının əlindən tutub verilişə ərə verməyə gətirirlər.
Yox, əgər qızın vadideynləri xəbərsizdirsə, bu o deməkdir ki, qızın tərbiyəsində və əxlaqında ciddi qüsur var.
Məlum tendensiya cəmiyyətdə qadına şəxsiyyət kimi yanaşılmamasını və onu bir fərd olaraq qəbul edilməməyini göstərir. Bu o deməkdir ki, qadın müstəqil düşünə bilməz, o etibrasızdır, özünü idarə etməyə qabil deyil, hər zaman kiminsə himayəsi altında olmalıdır, ona mütləq nəzarət lazımdır, əgər nəzarətdən kənara çıxsa o əxlaqsız yola düşəcək. Cinayətkar yox, məhz əxlaqsız, tərbiyəsiz.
Başqa bir problem kişilərin öz şəxsiyyətindəki qüsurla bağlıdır. 20-40 yaşlı kişilər əvvəlcə hansısa xanımı bəyənib ailə qurmaq istəyir, sonra isə anaları izdivaca icazə vermədiyindən sözlərindən dönürlər. Bu bir daha Azərbaycan ailələrində ana kultu tendensiyasını qabardır. Nəzarətdə saxlanan qız, anadan icazəsiz evlənə bilməyən oğlan ailəsini necə idarə edəcək, necə müstəqil düşünən vətandaş böyüdəcək və ümumiyyətlə necə sivil, azad cəmiyyət yaradacaq?
Sevda Sultanova

2368 dəfə oxunub
Oxşar xəbərlər
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Bütün qazancını buna xərcləyir
14:39
23 noyabr 2024
Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"
13:00
23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub
12:23
23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey
11:31
23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?
11:12
23 noyabr 2024