Kişi düşmənləri ilə eyni düşərgədə

Kişi düşmənləri ilə eyni düşərgədə
2 avqust 2011
# 11:12
Qadın problemlərini ayrılıqda həll etmək qadının ağlına gəlib. Bitməz-tükənməz müşkülləri indi beynəlxalq konfranslarda, feminist kamplarda müzakirə olunur. Və tale məni Fransadakı belə bir feminist kampa aparıb çıxardı.

Bakıdan qadınlara da, feminizm fəlsəfəsinə də nifrətlə yola çıxmışdım. Qadın “işgüzarlığı” sayəsində adamın qururuna toxunacaq həddə Parisə ucuz bilet tapildi – bir günə rahatlıqla gedib çıxa biləcəyimiz yolu iki günə gedib Parisə çatacaqdıq. Halbuki bizə çəkiləcək yol xərcləri ödənilməli idi.

Bu yersiz işgüzarlıq sayəsində Parisə çatmamış yorulduq. Nəhayət, aktivist Reyhan Aslanova, gənc yazar Nərmin Hüseynzadə ilə birgə əvvəl qatarla Tbilisiyə yola düşdük.

Mənə nə az, nə çox 6 saat vaxt lazim oldu ki, yol yoldaşlarıma qatarla yol getməyin rahatlığını və romantikasını başa salım.

Təəssüf ki, bu məndə alınmadı.


***

Tbilisi bizi günəşi, dogma insanları ilə qarşıladı. Vağzalda taksi axtardığımızı görən iki şəxs bizə yaxınlaşdı. Tbilisidə təhsil alan Gülər Miryəhya tərəfindən təlimatlandırıldığım üçün yaxınlaşan hər sürücüyə “5 laridən artıq olmaz” deyib uzaqlaşdırırdıq ki, həmin iki şəxsin azərbaycanlı olduğu məlum oldu. Tbilisidə doğulub elə burda da yaşayan bu adamlar bizə taksi tapıb Gülər Miryəhyanın evinə yolladı. Sürücüyə isə “sən bu qızları apar, biz də gəlirik“ dedilər. Məqsəd isə gürcü sürücünün 3 nabələd xanımı apardığına sevindirməmək idi.

Yarım günü Tbilisidə çoxdandı görmədiyimiz Gülərlə gürcülərin həyatını zəhər eləməklə keçirdik. Gənc yazar Nərmin Hüseynzadənin Azərbaycan dilində Tbilisinin yarısından dahi yazar Kəramət Böyükçölü tanıyıb tanımadıqlarını soruşmağı az qalsın ki, bizi polis bolməsinə yollayacaqdı. Qədim bijurteriya satışı ilə məşğul olan, çox əsəbi bir kişi qiymətlərdən narazı olduğumuzu görüb rusca “Hardan gəliblər, Bakı deyilən ac şəhərdən?” - deyə qışqırdı.

Elə bu dəm erməni aksenti qulağımızı deşdi. Reyhan Aslanovanin vətənpərvərlik damarı bir anda necə şaxə qalxdısa, elə ordaca satıcını döyəcəkdi. Reyhan xanım erməni satıcıya dünya coğrafiyasından, 9 iqlim qurşağından, Bakı neftindən elmi iş təhvil verib gözünün yaşını silib uzaqlaşdı.

İşlərimizi bitirib gecə saat 1-də Reyhan Aslanovanın qarşımıza çıxan ilk taksini saxlatması ilə Tbilisi hava limanına yollandıq. Elə birinci kilometrdən millət tanımaq üzrə peşəkar olan Reyhan xanım aydınlaşdırdı ki, sürücü yaxın, həm də uzaq qonşularımızdandır.

Üç xanım, Tbilisinin mərkəzindən hava limanına gedən dağ dərə yollar, həddən artıq surətlə sürən erməni sürücü…

Qorxu keçirmədiyimizi desək yalan olar. Aeraporta yaxınlaşanda məlum oldu ki, üstümüzdə kifayət qədər lari yoxdur. Sürücü isə tələsik çemodanlarımızı yerə qoyub, pulunun yarısını götürüb aradan çıxdı. Və bizə sonrakı 15 dəqiqədə aydın oldu ki, erməni sürücü bizdən qorxurmuş.


***

Praqadan da keçib, nəhayət ki, Parisə çatdıq. Uçuq-sökuk, təmirsiz Şarl de Qoll adına hava limanında fransızların Şarl de Qola qoyduğu hörmət aydın özünü biruzə verirdi. Hava limanından “Austerlitz” qatar stansiyasına isə Parisin ən dəhşətli metro stansiyalarından keçib getməli idik.

Təşkilatçının “işgüzarlığı” sayəsində ən ucuz marşrutu seçmişdik. Bunun da nəticəsində yolda həddən artıq pul itirməli olduq. Zəncilərin kompakt yaşadığı metro stansiyaları üfunət qoxuyurdu. Hər tərəf metrolarda yaşayan evsizlərin sidiklə çəkdiyi küçə rəssamlığı nümunələri ilə bəzədilmişdi. Nəhayət, “Austerlitz” stansiyasında qatara minib üzücü yolçuluğa qədəm qoyduq.

Soyuq, narahat qatarda beş saat yol getməli idik. Bu stansiyadan əhalinin ən kasıb təbəqəsi istifadə edir. Surət qatarla ac, susuz, nazik paltarla 5 dərəcə temperaturda saatlarla yol getdik. Və nəhayət, Tuluza şəhərinə çatdıq. Təşkilatçı bizi stansiyada gozləməli idi. Klara Karbunar və Braziliyada yerləşən baş ofisin rəhbəri arıq, çəlimsiz Nataliya bizi görən kimi ingiliscə ”siz qəhrəmansınız”, - dedi. Bizə ancaq indi məlum oldu ki, hər iki xanım bizə qəsdən o qədər uzun, ucuz marşrut seçib. Əslində, gəlməyimiz onlara elə də lazım deyilmiş. İlin-günün bu vaxtında, XXI əsrdə, “aktivistin canı itin canıdır” deyib insanlara zülm etməyə nə gərək var? Dünyada zorakılıq görmüş qadınların hüquqlarını müdafiə etmək üçün o qədər yol qət etmiş insanlara bu çətinlikləri yaşatmağa nə ehtiyac var idi?

Təşkilatçılarla birlikdə Tuluzada, şəhər kənarında “Terre blanka” adlanan əraziyə yollandıq. Ac, susuz, eynimizdə nazik paltarlarla rütubətli, soyuq, təsəvvür edilməz dərəcədə çirkli, pinti bir əraziyə gəlib çıxdıq. Halbuki bizə dəvət gəldiyi vaxt bulletendə allergik reaksiyalarımızın olduğu qida məhsullarının siyahısı, hətta uşaqlarımızı gətirə biləcəyimiz haqda yazılmışdı.

Ərazidə kampdan əsər əlamət yox idi. Heç bir təlimatda, aktivistliyin əsaslarında isə aktivist ən dəhşətli şəraitdə, antisanitariya vəziyyətində, rütubətli otun üstündə ac, susuz yatmalıdır yazılmayıb.


***

Bizə yatmağa böyük səxavət göstərib istifadəsiz, köhnə avtobus verdilər. Çemodanımızdakı bütün isti paltarları geyinib yatmağa cəhd etdik.

Səhər açılanda nə qədər dəhşətli bir yerə düşdüyümüzü daha yaxından hiss etdik. Məlum oldu ki, ətrafda nə su, nə də təbii ehtiyacları yerinə yetirmək üçün tualetəbənzər bir şey var. Ətrafda istifadəsiz, köhnə avtobuslardan duzəldilmiş “evlər“ vardı. Səhər açıldıqca həmin “evlərdən” üstü-başı yamaq-yırtıq, kir-pasaqlı adamlar çıxmağa başladı. Bura hippilərin ərazisi imiş…

Rütubət çox tezliklə revmatizmi işə saldı. Əllərim şişməyə başladı. Digər tərəfdən, hər yer iylənmiş tərəvəz, nəcis qoxuyurdu. Bizə səhər yeməyi təklif olundu. Men etiraz əlaməti olaraq sudan da imtina etdim. Əvvəlcədən iştirakçıların özləri ilə gətirdiyi çadırlardan makedoniyalı iştirakçılar çıxdı. Daha sonra isə ermənilər…

Erməni iştirakçılar özləri bizimlə unsiyyətə girdilər. Hətta bizi görən kimi sevinmələri əvvəlcə çox qəribə gəldi. Sonra məlum oldu ki, onlar da vəziyyətən narazıdırlar. İyrəndikləri üçün heç nə yeyə bilmirlər.

Az sonra məlum oldu ki, iştirakçılardan ancaq biz və erməni qızlar normal qadındırlar. Digərləri isə kişi düşməni…

(Ardı var...)
# 1532 dəfə oxunub

Oxşar xəbərlər

Lermontova həsr edilmiş tədbir olacaq

Lermontova həsr edilmiş tədbir olacaq

13:23 25 noyabr 2024
Məşhur bəstəkar vəfat etdi

Məşhur bəstəkar vəfat etdi

10:58 25 noyabr 2024
"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

"Bülbülün qonaqları" rubrikasında Fikrət Əmirov yad edildi

10:34 25 noyabr 2024
Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

Hacı Xanməmmədova həsr olunmuş konsert keçirildi

09:38 25 noyabr 2024
Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

Diddi həbsdən çıxmaq üçün bu vədləri verib

09:34 25 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
#
#
# # #