"Neftçilər"də tütək çalan qaraçı uşağın sirri

"Neftçilər"də tütək çalan qaraçı uşağın sirri
3 fevral 2021
# 14:16

Kulis.az Tural İsmayılın "Dilənçi uşağın sirri" yazısını təqdim edir.

Həyatımın son 17 ilini Yeni Günəşlidə yaşayıram, bura gələn avtobusların son dayanacağı “Neftçilər” metro stansiyası olduğu üçün istər yeniyetməlik, istər tələbəlik, istərsə də hazırkı gənclik dövrümdə bu metro stansiyadan istifadə etməli oluram. “Neftçilər”də demək olar ki, çox şey və çox adamlar tanış gəlir, sanki qonşuymuşuq kimi.

Hərdən metrodaki polislərə, marketdəki kassirə salam vermək də keçir ürəyimdən. Amma bunlardan əlavə tanış gələn başqa bir şey də var – dilənçilər. Əsasən qaraçı millətinin nümayəndələri olan qadınlar, arxalarında dərisinin rəngi ya günün təsirindən, ya da geninin göstəricilərindən qara rəngdə olan uşaqlar.

Bu uşaqlar doğulduqdan bu işə məcburdular, biz doğum evində dünyaya göz açanda, bəlkə də, bunlar daşın üstündə, otluqda və ya evdə dünyaya gəlirlər və çox az müddət sonra “iş stajları” başlayır.

Dilənçi ailəsində dünyaya gəlmək elə bir şeydir ki, iki ali təhsilin, milyonerlər məhəlləsində evin, “Range Rover”in olsa belə, sən dilənçisən, diləndirirlər, dilənirsən və diləndirirsən. Manıslar və fahişələr kimi sənə pulu ən çox səni söyənlər və pis baxanlar verir.

“Neftçilər” ərazisinin də özünəməxsus dilənçiləri var. Məsələn, ömrünün yarısı limon satan xalalarla üzbəüz qucağında körpəsi, bir əlində illərdir dəyişməyən xəstəlik kağızı olan qadın, ilə bir neçə baş balalayan və balalarını da işə başladan xanım və nəhayət o oğlan. Hardasa azı son 10 ildir o uşağı hamı tanıyır, bəlkədə yazını oxuyan sən də nə vaxtsa ona pul vermisən, yazığın gəlib, inanclısansa hələ Allaha dua da etmisən. Bu oğlan çox istedadlıdır deyərdim, hələ bəlkədə indidən milyonerlər məhəlləsində evi, maşını bir sözlə hər şeyi var.

Balaca uşaq tez-tez metamarfoz edir.

Necə edir?

Məsəlçün, bir gün ayağı açıq asfaltın üzərində uzanıb sarı oyuncaq tütəkdə “Dolya vorovskaya” ifa edir, bir gün əlil arabasında ayaqlarını altına qatlayıb oturur, bir gün metronun çıxışında gözlərini çəpləşdirir, əlinin birini tərsinə tutur, bir gün əlil arabasının arxasında boynu bükük anası və bu bir qolu sınmış kimi “Dolya vorovskaya” ifa edir, bir gün yeriyib dilənir. Bir sözlə cildən-cildə girir.

Əgər Kafka sağ olsaydı, “Çevrilmə” əsərində baş qəhrəman bu qaraçı olardı, əgər Oruell sağ olsaydı, “Paris və Londonda qara qəpiksiz” – “Neftçilər və Vosmoyda qara qəpiksiz” olardı və baş qəhrəman bu qaraçı olardı, əgər Henry Miller sağ olsaydı “Xərçəng tropiki”ndə bu gənc hoqqa çıxardardı. Bir sözlə ədəbiyyata salınacaq bir obraz idi bu qəhrəmanımız.

Bəs onu bu günə kim salmışdı?

Onu metamarfoz etdirən, inkişaf etdirən kim idi?

Nə idi?

Axı nə idi bu dilənçi uşağın sirri?

Rəssamlar, bəstəkarlar, yazıçılar, alimlər, müəllimlər qara qəpiyə möhtac qaldığı cəmiyyətdə bu uşaq idimi dilənçi?

Hər gün bu yalançının yeni obrazını görüb ona pul verən adamlar var olduqca cahil, savadsız, qaraçı bu uşaq idimi?

Dilənçi uşağın isə sirri heç də türklər demiş gizəmli zad deyildi, dilənçi uşağın sirri həsənağalar, novruzəlilər, ölülərin hələ də bu cəmiyyətdə yaşaması idi.

# 5525 dəfə oxunub

Oxşar xəbərlər

"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

“Pixar”da böyük dəyişiklik – 12 illik rəhbərlik başa çatır

16:27 6 noyabr 2026
“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

“Pink Floyd” pərəstişkarlarına sürpriz – “Animals” albomu yenidən nəşr olunur

15:58 6 noyabr 2026
Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

Ozzfest geri qayıdır – 2027-ci ildə üç ölkədə keçiriləcək

14:57 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər