"Min bir gecə" Mariinski Teatrında anşlaqla nümayiş olundu - Foto

"Min bir gecə" Mariinski Teatrında anşlaqla nümayiş olundu - Foto
21 yanvar 2021
# 14:20

Sankt-Peterburqda dünya şöhrətli Mariinski Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti dörd gün nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşalar Mariinski Teatrının Primorski filialının Sankt-Peterburqa qastrol səfəri proqramı çərçivəsində təqdim edilib. Proqramında P.Çaykovskinin “Yatmış gözəl”, A.Adanın “Korsar” baletləri ilə bərabər Fikrət Əmirovun “1001 gecə” əsəri də əsas yer tutub.

Mariinski Teatrının Primorski səhnəsinin baş baletmeysteri Eldar Əliyevin quruluş verdiyi “1001 gecə” baleti Sankt-Peterburqda son zamanlarda baş verən ən əlamətdar mədəni hadisələrdən birinə çevrilib. Tamaşaya biletlər daha öncədən satılıb və yerli ictimaiyyətin böyük marağına səbəb olub.

Tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, respublikanın Əməkdar artisti Əyyub Quliyev idarə edib. Tamaşanın dekorasiyaları və kostyumları Peter Okunev tərəfindən hazırlanıb, işıq üzrə rəssam Sergey Martınov, video tərtibat Vadim Dulenko, əsas rolları isə Anna Samostrelova, Renata Şakirova (Şəhrizad), Sergey Umanets, Kanat Nadırbek (Şəhriyar), Denis Qolov, Gilermo Junio və digərləri ifa ediblər. Əsərdə tar partiyasını Azərbaycan Dövlət Opera Teatrının solisti Ramin Əzimov və Nadejda Medvedeva səsləndiriblər. Tamaşaların ən əlamətdar hadisələrindən biri Mariinski Teatrının direktoru və baş dirijoru, dünya şöhrətli maestro Valery Gergiyevin Fikrət Əmirovun baletini izləmək üçün xüsusi olaraq şəxsi cədvəlinin dəyişməsi olub.

# 3328 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər