“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq

“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
8 avqust 2020
# 10:13

2021-ci ildə ABŞ-da “Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası – “American Song Contest” keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (AYB) məlumat yayıb.

Bildirilib ki, “American Song Contest” mahnı müsabiqəsində ölkənin müxtəlif ştatlarını təmsil edən musiqiçilər bir araya gələcəklər. Seçim turlarından sonra yarımfinal keçiriləcək, müsabiqə isə böyük finalla başa çatacaq.

“Eurovision” mahnı müsabiqəsinin icraçı direktoru Martin Osterdalın sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsinin böyük populyarlıq qazanmasının səbəbi 65 illik tarixə söykənir və onun nüfuzu hələ də artmaqda davam edir. İndi isə bu cür tədbirin Amerikada keçirilməsinin tam zamanı yetişib. O vurğulayıb ki, musiqiyə olan sevgi dünyəvidir və o, insanları birləşdirmək üçün bütün sərhədləri aşmaq iqtidarındadır.

Məlumatda həmçinin qeyd olunub ki, “American Song Contest” mahnı müsabiqəsi keçirilməzdən əvvəl ölkədə akademiya yaradılacaq. Burada peşəkar musiqiçilərdən ibarət məsləhətçi qrup fəaliyyət göstərəcək. Ölkənin ən tanınmış artistləri və məşhur ifaçılar münsiflər heyətini formalaşdıracaq. Bu münsiflər heyəti auditoriya ilə birlikdə ölkənin 50 ştatından istedadlı insanları tapıb seçəcək. Seçilənlər sırasında həm solo ifaçılar, duetlər, həm də maksimum 6 nəfərdən ibarət musiqi qrupları olacaq.

# 3305 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər