"Çölçü" filmi yenə mükafat aldı

"Çölçü" filmi yenə mükafat aldı
9 dekabr 2020
# 14:06

Şamil Əliyevin “Çölçü” filmi “Gralha Internatıonal Monthy Fılm Awards 2020” beynəlxalq festivalında müxtəlif mükafatlara layiq görülüb.

Kulis.az xəbər verir ki, ekran əsəri “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı rəssam işi”, “Ən yaxşı geyim rəssamı” kateqoriyaları üzrə mükafat qazanıb.

Bundan əlavə “Çölçü” filmi Hindistanda keçirilən “7th Art Independent International Film Festivalı”nda da “Ən yaxşı rejissor işi” mükafatına layiq görülüb. Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar olaraq onlayn şəkildə elan olunub.

Rejissorun sözlərinə görə, filmin gündəmdə olmasının səbəbi ekran əsərində qoyulan sualın aktuallığı ilə bağlıdır. Qloballaşan günya ilə milli özgür mədəniyyət arasındakı antroploji fəlakət filmin əsas niyyətini təşkil edir.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 73 beynəlxalq film festivalında iştirak edərək 40-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminov, prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

# 2519 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər