Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yapon yazıçısı Akutaqava Ryunosukenin "Kesa və Morita" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.
Kulis.az xəbər verir ki, Məhəmməd Verdizadənin quruluşunda təqdim olunan tamaşada gənc aktyorlar Rəna Pənahova və Məhəmməd Gülmalıyev çıxış ediblər.
Tamaşada sevgi, ehtiras, vicdan, fədakarlıq, insanın daxili mübarizəsi və mənəvi məsuliyyət ön plana çəkilir.