Rus Dram Teatrının direktoru vəzifəsindən azad olundu - Yerinə Mədəniyyət Nazirliyinin müşaviri təyin olundu

Rus Dram Teatrının direktoru vəzifəsindən azad olundu - Yerinə Mədəniyyət Nazirliyinin müşaviri təyin olundu
14 fevral 2026
# 11:47

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.

Kulis.az xəbər verir ki, bununla bağlı Mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər