İrəvan Dövlət Azərbaycan Dram Teatrı 16 iyun 2025-ci il tarixində 143-cü teatr mövsümünü rəsmi olaraq bağlayacaq.
Kulis.az xəbər verir ki, mövsümün son tamaşası görkəmli şair-dramaturq Hidayətin “İrəvanda yanan çıraq” əsərinin tamaşası olacaq.
Qeyd edək ki, Azərbaycan Səfəvi dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayıl Xətainin İrəvan qalasının valisi Rəvanqulu xana əbədiyyət rəmzi kimi əmanət etdiyi çırağın tarixçəsindən qaynaqlanan əsərdə erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiyaların anatomiyasına dərindən nüfuz edilib.