Londonda Azərbaycan rəssamlarının növbəti sərgisi keçirilir

Londonda Azərbaycan rəssamlarının növbəti sərgisi keçirilir
21 dekabr 2015
# 11:33

Londonun məşhur “Sotheby’s” hərrac evində Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət “Odlar Yurdu” (The Land of Fire) adlı növbəti sərgi açılıb.

Sərgidə Azərbaycanın məşhur rəssamları Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Çingiz Fərzəliyev, Namiq Zeynalov, Toğrul Nərimanbəyov və başqalarının 30-dan çox əsəri nümayiş etdirilir.

Müxtəlif məktəb və nəsillərdən süzülüb gələn incəsənəti bir araya gətirən sərgi Azərbaycan rəsm sənətinin 30 illik tarixinə baxışı təmin edir.

Sərgi dekabrın 24-dək davam edəcək./avanqard.net

# 1039 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #