Asif Atanın "İnam və şübhə" kitabının təqdimatı olacaq

Asif Atanın "İnam və şübhə" kitabının təqdimatı olacaq
5 iyun 2014
# 16:45

Filosof, tənqidçi, ədəbiyyatşünas Asif Atanın “İnam və şübhə” adlı kitabı işıq üzü görüb.

Kulis.az-ın məlumatına görə, kitabın təqdimat mərasimi “Zero” kitab evində (İstiqlaliyət küçəsi 71, İçərişəhər, metrosu, Sabir bağı ilə üzbəüz). 7 iyun, saat 14:00-da keçiriləcəkdir.

Kitabda müəllifin “İnam və şübhə”, “Yedəkilərin göy həsrəti”, “Şeyx Nəsrullah əsarəti”, “Bayatı işığı”, “Məcnunluq”, “Xaqanilik”, “Vəcdli idrak”, “Nikbinlik”, “Həqiqət və Yarımhəqiqət”, “Ölməyən dərd”, “Dünyadan artıq” və s. elmi-fəlsəfi-bədii məqalələri, çap edilmişdir.

Nəşr Avanqard.net saytının kitabxanasından – “Eşq” seriyasından nəşr edilib. Kitabın redaktorları, Safruh Atalı, Yolruh Atalı və İşıqlı Atalıdır. Seriyanın rəhbəri və redaktoru Fərid Hüseyndir.

# 2208 dəfə oxunub

Müəllifin son yazıları

# # #