Metroda sevgili olmaq bu qədər asan olmamışdı

Metroda sevgili olmaq bu qədər asan olmamışdı
16 fevral 2015
# 13:39

Moskva metrosu sərnişinlərə yeni aradüzəltmə xidməti təqdim edib. Kulis.az-ın sputniknews.com-a istinadən verdiyi xəbərə görə bu xidmət yanındakı skamyada oturan qadından və ya kişidən xoşu gələn, amma yaxınlaşıb tanış olmağa cəsarət etməyən sərnişinlər üçün nəzərdə tutulub.


“Hello” adı verilən və indidən minlərlə adamın yükləyib istifadə etdiyi xidmət xüsusi bir radarın köməyi ilə işləyir. Radar sözügedən şəxsə yaxın oturan, smartfon və tabletlərdən internetə girən sərnişinləri qeyd edir.

Ekranda açılan siyahıdan istədiyi sərnişini seçən şəxs ona bir salam və ya vizual hədiyyə göndərə bilər. Xidmətdə qeydiyyatdan keçmək çox sadədir. Facebook və ya Vı Kontakte hesabları ilə giriş etmək olar. Əvvəldə yalnız profil fotosu və doğum tarixindən ibarət olan istifadəçi hesabına daha sonra başqa məlumatlar da əlavə olunur.

# 920 dəfə oxunub

Müəllifin son yazıları

# # #