Məşhur türk aktyoru Kemal Sunalın ailəsi vaxtilə aktyorun 1999-cu ildə çəkildiyi "Propaqanda" adlı filmdən təzminat ala bilmədikləri üçün rejissor Sinan Çetinə aid "Plato Film" şirkətini məhkəməyə verib.
Kulis.az türk mediasına istinadən xəbər verir ki, ötən gün baş tutan məhkəmədə 307 min 502 lirə qazancın Sunalın ailəsinə verilməsi barədə hökm oxunub.
Qeyd edək ki, 21 il əvvəl vəfat edən Kamal Sunalın ölümündən sonra "Propaqanda" filmi milyonlarca gəlir qazandırıb. Buna baxmayaraq Kemal Sunala və onun varislərinə sözləşmədə yer alan məbləğ ödənilməyib.
- Bu fotoya görə bir milyon təzminat aldılar
- Tələbənin itirilmiş rəsm əsəri 4000 mil uzaqlıqda tapıldı
- Rus Dram Teatrının sentyabr repertuarı
Xatırladaq ki, bu film aktyorun çəkildiyi son film olub.