Daxili İşlər Nazirliyindən Aqşin Yeniseyə məsləhət

Daxili İşlər Nazirliyindən Aqşin Yeniseyə məsləhət
17 iyul 2013
# 16:40

Daxili İşlər Nazirliyi şair Aqşin Yeniseyin hədələnməsi xəbərinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, əgər hər hansı vətəndaş həyatı üçün təhlükə hiss edirsə və həmin təhlükəni real sayırsa, o zaman bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, yaxud aidiyyəti üzrə polis bölməsinə və ya idarəsinə müraciət edilməlidir: “Müraciət daxil olduqdan sonra məsələ araşdırıla və araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qaydada tədbir görülə bilər”.

A. Yeniseyin bir neçə gün əvvəl Kütləvi İnformasiya Vasitələrində “Şeytanın qapı qonşusu” adlı yazısı dərc olunub. Həmin yazı dərc edildikdən sonra gənc yazar sosial şəbəkələrdə bir qrup dindarın basqısına məruz qalıb. Aqşin Yeniseyin yazısına münasibət bildirən dindarlar onu ölümlə hədələyiblər.

# 2139 dəfə oxunub

Müəllifin son yazıları

# # #