Volterin məşhur əsəri ilk dəfə Azərbaycan dilində

Volterin məşhur əsəri ilk dəfə Azərbaycan dilində
24 dekabr 2012
# 12:30

Dahi Fransız maarifçi-filosofu Volterin “Fanatizm” adlı seçilmiş əsərləri Araz Gündüzün tərcüməsində Azərbaycan dilində ilk dəfə nəşr olunub.

Gerçək adı Fransua-Mari Arue olan bu böyük yazar, əsərlərini Volter imzası ilə yazmış, bütün dünyada da elə bu adla tanınmış, milyonların sevimlisinə çevrilib. Volter özündən sonra çox böyük bir ədəbi-fəlsəfi yaradıcılıq irsi qoyub.

Ölümündən sonra, onun əsərlərinin tam toplusunu yayımlayanda, hər biri 600 səhifəlik 50 cild ortaya çıx;b. Ana dilimizdə çap olunan “Fanatizm” kitabı Volter yaradıcılığının yalnız kiçik bir hissəsidir, ancaq bu örnəkləri oxumaqla da Volterin ruhunu duymaq mümkündür.

Kitabın girişində Volterin ölümündən keçən yüzüncü ildəki mərasimdə Viktor Hüqonun geniş məzmunlu çıxışı verilib.

Kitab “Alatoran Yayınları” seriyasından nəşr olunub.

Oxuzalı.az

# 3758 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #