Qəmər Almaszadənin 100 illik yubileyi keçiriləcək

Qəmər Almaszadənin 100 illik yubileyi keçiriləcək
4 fevral 2015
# 19:19

Azərbaycan prezidenti İlham Əliyev Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinə SSRİ xalq artisti Q. Almaszadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2015-ci ilin mart ayında Azərbaycan balet məktəbinin yaradıcılarından biri, Azərbaycanın ilk qadın balet ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Q. Almaszadənin anadan olmasının 100 illiyi tamam olur.

# 1216 dəfə oxunub

Müəllifin son yazıları

# # #