Hekayə müsabiqəsi qaliblərinin adları açıqlandı

Hekayə müsabiqəsi qaliblərinin adları açıqlandı
18 iyun 2014
# 10:41

Bu gün,“Persona.az” portalının elan etdiyi “Qarabağ Müharibəsi Mövzusunda Hekayə” müsabiqəsinin yekunu olaraq keçirilən təqdimat mərasimində qaliblərin adları açıqlanıb. Gənc yazıçı Əli Quliyevin “Amputasiya-mutasiya” adlı hekayəsi birinci yerə, Narıngülün “Bəyaz çay” hekayəsi ikinci yerə, Vəfa Qafarovanın “Zirzəmi” hekayəsi üçüncü yerə layiq görülüb.

Təqdimatı giriş sözü ilə “Persona.az” portalının rəhbəri Zəka Vilayətoğluaçaraq, tədbirə təşrif buyuranları salamladı. Qaliblərin adları açıqlanmazdan öncə münsiflər heyətinin üzvü yazıçı Aslan Quliyev, yazıçı Hədiyyə Şəfaqət, qonaqlardan, tanınmış şairlər Ağacəfər Həsənli, Balayar Sadiq, Kəmalədiin Qədim, Ayaz Arabaçı, Əyyub Qiyas, "Kulis.az" saytının əməkdaşı Ağa Cəfərli çıxış edərək, öz ürək sözlərini söylədilər, bu xeyirxah işdə“Persona.az” portalının kollektivinə, müsabiqə iştirakçılarına uğurlar arzuladılar.

Sonda qaliblər portalın rəhbəri Zəka Vilayətoğlu tərəfindən mükafatlandırıldılar.

Qeyd edək ki, müsabiqənin münsiflər heyəti, tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı, yazıçı-tərcüməçi Aslan Quliyev, yazıçı Hədiyyə Şəfaqət və şair Sara Selcan idi.

# 1828 dəfə oxunub

Müəllifin son yazıları

# # #