“Səməd Behrəngi” mükafatının təqdimatı olacaq

“Səməd Behrəngi” mükafatının təqdimatı olacaq
25 fevral 2015
# 11:34

Martın 12-də, saat 12-də AYB-nın Natəvan klubunda “Səməd Behrəngi” adına ədəbi müsabiqənin mükafatlandırma mərasimi keçiriləcəkdir.

Bu barədə Kulis.az-a Mükafat Komitəsinin sədri Sayman Aruz məlumat verib. O, bildirib ki, Azərbaycan Yazıçılar Birliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan www.litdiaspora.az-ın təsis etdiyi Qaliblər tədbirdə bəlli olacaq.

Xatırladaq ki, müsabiqə 5 nominasiya (şeir, esse, araşdırma kitabı, hekayə, məqalə) üzrə keçirilib və hər nominasiya üzrə birinci və ikinci yerlər seçilib. İkinci yerlərə diplom, birinci yerlərə isə diplom və planşet hədiyyə olunacaq.

# 2070 dəfə oxunub

Müəllifin son yazıları

# # #