Qalmaqallı müsabiqənin qalibləri elan olunmadı

Qalmaqallı müsabiqənin qalibləri elan olunmadı
19 mart 2013
# 17:35

Yazıçılar Birliyinin Ədəbiyyat Mükafatının qaliblərinin elan edilməsi təxirə salınıb.

Bu barədə Kulis.Az-a Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu məlumat verib.

Ədalət Əsgəroğlu bildirib ki, hələlik bəzi nominasiyalar üzrə qalib müəyyən edilməyib, bu səbəbdən qaliblər bayram günlərindən sonra elan olunacaq.

Ədəbiyyat Müsabiqəsi Münsiflər Heyətinin rəhbəri, Xalq Yazıçısı Mövlud Süleymanlı da məlumatı təsdiqləyib. O, Kulis.Az-a açıqlamasında bildirib ki, bəzi problemlər səbəbindən qərarın açıqlanmasını martın 30-na saxlayıblar.

Mövlud Süleymanlı konkret hansı problemlərin mövcud olması barədə danışmaq istəməyib.

Xatırladaq ki, Yazıçılar Birliyinin Ədəbiyyat Mükafatının qalibləri bu gün elan olunmalı idi.

# 2541 dəfə oxunub

Müəllifin son yazıları

# # #