Arif Babayevin 80 illik yubileyi qeyd edilib

Arif Babayevin 80 illik yubileyi qeyd edilib
21 fevral 2018
# 21:30

Azərbaycan Milli Konservatoriyasında (AMK) görkəmli muğam ifaçısı, Xalq Artisti, konservatoriyanın “Xanəndə” kafedrasının müdiri, professor Arif Babayevin 80 illik yubileyi geniş konsert proqramı ilə qeyd edilib.

Konservatoriyadan bildirilib ki, təhsil nazirinin müavini Firudin Qurbanov, AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək, Arif Babayevin muğam sənətinin inkişafında, milli musiqimizin təbliğində böyük rolunu və töhfələrini vurğulayıblar.

Tədbirdə Arif Babayevin ömür yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra görkəmli vokal, muğam və instrumental ifaçıların təqdimatında konsert olub. /azertag.az/

# 1188 dəfə oxunub

Müəllifin son yazıları

# # #