Lyosanın Tbilisi səfəri təxirə salındı

Lyosanın Tbilisi səfəri təxirə salındı
6 sentyabr 2019
# 18:36

Nobel mükafatı laureatı, 82 yaşlı perulu yazıçı Mario Varqas Lyosanın Gürcüstan səfəri təxirə salınıb.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, yazıçının gürcü dilinə tərcüməçisi Lana Kalandiya bunu Gürcüstan Milli Kitab Mərkəzi və Yazıçılar Evinin ləğv edilməsi ilə əlaqələndirib.

Lyosanın kitabını gürcü dilində nəşr edən “İntellekt” nəşriyyatı yazıçının Gürcüstanda verəcəyi mühazirələrin biletlərinin əksəriyyəti satıldıdğından, danışıqları davam etdirmək qərarına gəlib. Nəşriyyat yazıçının Tbilisiyə səfərini 2020-ci ilə keçirmək niyyətindədir.

Qeyd edəkk ki, Mario Varqas Lyosanın sentyabrın 17-də Gürcüstana səfəri planlaşdırılırdı. O, burada gürcü dilinə tərcümə olunan “Kilsədə söhbət” kitabının imza günündə iştirak edəcək və məruzə oxuyacaqdı. Xatırladaq ki, Milli Kitab Mərkəzi Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərədindən ləğv edilib.

# 1575 dəfə oxunub

Müəllifin son yazıları

# # #