Arif Əmrahoğlunun yeri boş qala bilər

Arif Əmrahoğlunun yeri boş qala bilər
13 avqust 2014
# 14:30

“Arif Əmrahoğlunun Azərbaycan Yazıçılar Birliyindəki (AYB) vəzifəsinə hələ ki, heç kim təyin edilməyib”.

Bu barədə Kulis.az-a AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə bu təyinat sentyabr ayında gerçəkləşdirilə bilər.

Xəyal Rza növbəti qurultaya qədər bu postun boş qalacağını da istisna etməyib.

Xatırladaq ki, bu ilin iyul ayında rəhmətə gedən Arif Əmrahoğlu AYB-də yaradıcılıq məsələləri üzrə katib postunda çalışırdı.

# 2228 dəfə oxunub

Müəllifin son yazıları

# # #