Gənc Tamaşaçılar Teatrında premyera

 Gənc Tamaşaçılar Teatrında premyera
19 mart 2018
# 11:59

Martın 18-də Gənc Tamaşaçılar Teatrında Eduard Uspenskinin “Timsah Gena və dostları” əsəri əsasında hazırlanan “Çeburaşka” tamaşasının premeyrası keçirildi.

Uşaqlar tərəfindən alqışlarla qarşılanan bir hissəli musiqili tamaşanın rejissoru Ayla Həşimova, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı Ramiq Nəsirov, plastik həlli Ceyhun Dadaşov, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada rolları Səbinə Məmmədova (Çeburaşka), Ceyhun Məmmədov( Gena), Zülfiyyə Alhüseynova(Şapoklyak), Xaliq Bəkirov (Kolya), Əməkdar artist Almaz Mustafayeva (Mariya Frantsovna), Ədalət Əbdülsəməd( polis) və başqaları ifa edirlər.

# 1516 dəfə oxunub

Müəllifin son yazıları

# # #