Tarkan Rusiyada konsert verəcək

Tarkan Rusiyada konsert verəcək
29 mart 2019
# 18:48

Tanınmış türk müğənnisi Tarkan Rusiyada konsert proqramı ilə çıxış edəcək.

Tarkan özünün “10” albomunu təqdim etmək üçün bu ilin mayında Moskvada və Kazanda konsertlər verəcək. Bu barədə “S.A. Organization” qastrolların təşkili şirkəti məlumat yayıb.

Tarkan mayın 11-də Kazanda, mayın 14-də isə Moskvada, “Crocus City Holl” konsert zalında çıxış edəcək.

Sonuncu dəfə türk pop ulduzu Moskva tamaşaçıları qarşısına 2009-cu ildə çıxıb. /azertag.az/

# 2045 dəfə oxunub

Müəllifin son yazıları

# # #