Beynəlxalq Caz konserti olacaq

Beynəlxalq Caz konserti olacaq
2 may 2019
# 15:02

Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Beynəlxalq Caz Günü çərçivəsində özünün ilk layihəsi olan Beynəlxalq Caz Festivalını və elmi-yaradıcılıq konfransını keçirəcək.

Festival çərçivəsində gənc ifaçıların müsabiqəsi, konsertləri, ustad-dərsləri təşkil ediləcək.

BMA-dan Kulis.az -a bildirilib ki, bu təhsil ocağında festival çərçivəsində gənc caz ifaçılarının konserti olacaq.

Konsertdə Əməkdar artist İsfar Sarabski bas-gitaraçı, Əməkdar artist Ruslan Hüseynov və zərbçi Elvin Bəşirov ilə çıxış edəcək. Konsert proqramında İ.Sarabskinin öz bəstələri və caz standartlarına improvizasiyaları səsləndiriləcək.

Xatırladaq ki, hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində keçirilir.

# 2182 dəfə oxunub

Müəllifin son yazıları

# # #