Zəlimxan Yaqubdan xəbər var

Zəlimxan Yaqubdan xəbər var
19 yanvar 2015
# 15:14

Yanvarın 21-də xalq şairi Zəlimxan Yaqubun 65 yaşı tamam olur.

O, səhhətindəki problemlərlə bağlı geniş tədbir təşkil olunmasına təşəbbüs göstərməyib. Bu barədə Kulis.az-a şairin özü məlumat verib. Bildirib ki, yubiley tədbiri yalnız mətbuatda qeyd olunur: “Yaxın dostlarımla dar çevrədə qeyd edəcəm ad günümü. Geniş keçirilməsinə səhhətim imkan vermədi”.

Xalq şairinin yubileyinin keçirilməsi ilə əlaqədar nə Mədəniyyət və Turizm Nazirliyi, nə də Azərbaycan Yazıçılar Birliyindən hələ ki, konkret bir təklif gəlib. “Ancaq ehtimal ki, belə təkliflər olacaq” – deyə şair bildirib.

Xatırladaq ki, Zəlimxan Yaqub 1950-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub

# 994 dəfə oxunub

Müəllifin son yazıları

# # #