“Mona Liza” tamamlanmayıb

“Mona Liza” tamamlanmayıb
6 may 2019
# 18:07

Güman olunur ki, Leonardo da Vinçi yaşlı vaxtı huşunu itirərək əlini zədələdiyinə görə “Mona Liza”nı tamamlaya bilməyib.

Şəkilləri tədqiq edəndən sonra iki italyan həkimi belə qənaətə gəlib.

Əvvəllər güman olunurdu ki, zədə ürək tutması nəticəsində baş verib. Ancaq plastik cərrah Davide Ladzeri və nevroloq Karlo Rossi hesab edirlər ki, bu versiya rəssamın sağ əlində fırçanın tutması ilə uyğun gəlmir. Rəssamın baş, göstərici və ortancıl barmaqları darta qalıb, çeçələ barmağı isə qatlanmış formadadır. İnsult olsaydı bütün barmaqlar yığılardı. Ekspertlər həmçinin qeyd edirlər ki, Leonardonun beynində qan dövranının pozulması nəticəsində nevroloji problemlərin olması barədə də sübutlar yoxdur.

Bundan əlavə onların fikrinə görə rəssamın barmaqlarının bu cür tutması biləyində iflicin olması ilə əlaqədardır. Adətən yaşlı insanlar başgicəllənmə hiss etdikləri zamanı yıxılır və əlini zədələyirlər. “Bu məhz onu sübut edir ki, Leonardonun son işləri “Mona Liza” daxil olmaqla natamam qalıb”, - deyə Ladzeri vurğulayıb.

Onu da qeyd edək ki, rəssam 21 yaşında ilk işlərini həm sağ, həm də sol əliylə çəkib. O hətta sol əliylə yazı yaza da bilirdi. Yağlı boya ilə işləyərkən adətən sağ əlinə üstünlük verirdi. /azertag.az/

# 2313 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #