Nobel komitəsinin üzvü Qərb ədəbiyyatından şikayətləndi

Nobel komitəsinin üzvü Qərb ədəbiyyatından şikayətləndi
8 oktyabr 2014
# 11:30

Ədəbiyyat üzrə Nobel mükafatı komitəsinin üzvü, İsveç yazıçısı Horas Enqdal müsahibəsində qərb ədəbiyyatının bugünkü vəziyyətindən şikayət edib.

Enqdalın fikrincə, yazıçılıq kursları Avropa və Amerikada bu peşəyə çox lazımsız adamları gətirib. O, həmçinin hesab edir ki, böyük pul qrantları yazıçıların xeyrinə deyil: “Anlayıram ki, cazibə böyükdür. Amma bu pullar yazıçını cəmiyyətdən qoparır, onların hakimiyyətdən qeyri-sağlam asılılığına gətirib çıxarır. Əvvəllər yazıçılar klerk, ofisiant, taksi sürücüsü işləyirdilər. Semuel Bekket və başqaları belə yaşayırdılar. Ağır idi, amma onlar müstəqil yaşayırdılar”.

Onun fikrincə, ədəbi yüksəlişi Asiya və Afrika ölkələrindən gözləməyə dəyər: “Ümid edirəm ki, Asiyanın və Afrikanın ədəbiyyat zənginliyi bu müəlliflərin assimilyasiyası və qərbləşməsi səbəbindən azalmayacaq”.

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi oktyabrın 9- da məlum olacaq.

# 1484 dəfə oxunub

Müəllifin son yazıları

# # #