"Vahidəm, xalqımın qəzəl şairi" - Nahid Hacızadəyə niyə töhmət vermək istəyirdilər?

"Vahidəm, xalqımın qəzəl şairi" - Nahid Hacızadəyə niyə töhmət vermək istəyirdilər?
9 oktyabr 2024
# 09:00

1960-cı illərin sonlarında Azərbaycan Dövlət Radiosunda Əliağa Vahidə həsr olunmuş "Vahidəm, xalqımın qəzəl şairi" verilişi verilmişdi. Verilişdə, Azərbaycan radiosunun tarixində ilk dəfə meyxana da səsləndirilmişdi.

Kulis.az Nahid Hacızadənin "Yada düşdü" xatirələr kitabından həmin verilişin hazırlanması haqqında olan hissəni təqdim edir.

- Mir­zə, - de­di, - gəl­mi­şəm ki, həm sə­ni təb­rik elə­yəm. Həm də...

Mən gü­lüm­sə­yə­rək:

- Sey­fəd­din mü­əl­lim, - de­dim, - mə­nim Mir­zə ol­ma­ğı­ma hə­lə çox var.

- Yox, Na­hid, mə­ni çaş­dı­ra bil­məz­sən, sən ha­zır­ca Mir­zə­sən ki, Mir­zə­sən!

İki­miz də ürək­dən gül­dük...

Stul çək­dim, otur­du. Or­dan-bur­dan söz aç­dı. Te­le­vi­zi­ya­da iş­lə­di­yi il­lə­rin xa­ti­rə­lə­ri­ni di­lə gə­tir­di, ay­rı-ay­rı adam­la­rın iş-gü­cü­nü so­ruş­du. Son­ra gül­mə­li əh­va­lat­la­rı bir-bi­ri­nə qoşdu...

O, çox söh­bət­cil adam idi. Da­nı­şı­ğın­dan doy­maq ol­mur­du, söh­bət­lə­ri­nə hə­mi­şə mə­zə qatır­dı. Hər­dən de­yir­di: “De­yə­sən is­ti­o­tu bir az tünd ol­du”.

Nə isə... Söh­bə­ti­mi­zin “pre­lüd”ü az qa­la bir sa­at çək­di.

- Va­hi­də mü­na­si­bə­tin ne­cə­dir? - de­yə, bir­dən so­ruş­du.

- Əla, - de­dim. - Tə­əs­süf ki, ya­xın­lı­ğı­mız ol­ma­yıb. An­caq çox gör­mü­şəm onu. Beşmərtəbə­nin ya­nın­da məş­hur çay­xa­na var idi, yax­şı pi­ti də ve­rir­di­lər, ora tez-tez gəlirdi. Üzü­nü Uni­ver­si­tet­lə üz­bə­üz bər­bər­xa­na­da qırxdı­rır­dı. Gü­nü­nün ço­xu­nu da Filarmo­ni­ya­nın ya­nın­da­kı bağ­da ke­çi­rir­di. Hə­mi­şə də dörd-döv­rə­sin­də bir dəs­tə xa­nən­də olur­du.

Bir də­fə də dik­tor Sol­tan Nə­cə­fov ya­zı­lı­şa ça­ğır­mış­dı. On­da mən də əl ve­rib onun­la görüş­düm. İn­di də ya­dım­da­dır. Uzun bir ma­kin­to­şu da var idi. Yan­la­rı en­li şlya­pa­sı­na çox ya­ra­şır­dı...

Gü­lüm­sə­yə­rək de­di:

- Marşrut­la­rı­nı da, ge­yi­mi­ni də çox də­qiq de­yir­sən. Qə­ri­bə adam idi Va­hid! Baş­dan-ba­şa is­te­dad idi. Be­lə in­san­lar az-az gə­lir dün­ya­ya...
Bü­tün aləm bi­lir­di ki, o, Va­hi­din vur­ğu­nu­dur. Onun yo­lun­da hər möh­nə­tə, fə­da­kar­lı­ğa hazır idi. Va­hid dün­ya­sı­nı də­yi­şən­də Sey­fəd­din Dağ­lı bir sə­nət­kar ki­mi, və­tən­pər­vər insan ki­mi irə­li dur­du. Onun qə­tiy­yə­ti, dön­məz ina­dı sa­yə­sin­də bö­yük Va­hid öz qa­nu­ni haq­qı­nı al­dı - “Fəx­ri xi­ya­ban”da xal­qı­mı­zın bö­yük öv­lad­la­rı ilə bir sı­ra­da dəfn edil­di.

- Ra­dio da, te­le­vi­zi­ya da ya­man unu­dub Va­hi­di, - de­yə kök­sü­nü ötür­dü. - Yax­şı ki, xa­nən­də­lər var. On­lar ya­şa­dır Va­hi­di. İna­nı­ram ki, bir vaxt gə­lə­cək Va­hi­din sö­zü dil­dən-dilə dü­şə­cək, özü­nə də hey­kəl qo­ya­caq­lar.

- Elə in­di də dil­lər­də­dir, Sey­fəd­din mü­əl­lim!

- O boy­da nə­hən­gə bu hə­lə az­dır, çox az!

Əlin­də­ki bü­kü­lü qə­ze­ti mə­nə uzat­dı:

- Va­hid haq­qın­da ve­ri­liş yaz­mı­şam, - de­di, - oxu, son­ra zənglə­şə­rik.

- Son­ra ni­yə, elə in­di mə­sə­lə­ni həll elə­yək, - de­dim. - Lap ye­ri­nə dü­şüb, gə­lən həf­tə­nin pla­nı­nı tu­tu­ram.

- Əv­vəl­cə bir oxu, bəl­kə, heç xo­şu­na gəl­mə­di.

- Sey­fəd­din ki­mi bir qə­ləm us­ta­sı­nın ya­zı­sı­nı oxu­ma­ğa nə eh­ti­yac? - de­yə­rək mət­ni alıb baş­lı­ğı­na bax­dım.
Ve­ri­li­şə be­lə bir ad ver­miş­di: “Əla­ğa Va­hid. Mu­si­qi­li-ədə­bi ve­ri­liş..” Gö­zə­ya­rı hesabladım: bu mətn əsa­sın­da qırx beş də­qi­qə­lik ve­ri­liş ha­zır­la­maq olar­dı. Xro­no­met­raj Sey­fəd­din mü­əl­li­min ürə­yin­dən xə­bər ver­di. O, ra­zı­lıq­la ba­şı­nı tər­pə­də­rək:

- Va­hid bir az süd­dən ya­nıq­dır, - de­di. - Onun haq­qın­da çox­dan­dır ki, ve­ri­liş get­mir. İnanı­ram ki, bu həm onun ru­hu­nu se­vin­di­rə­cək, həm də dinrlə­yi­ci­lə­ri.

Sö­zü­nə qüv­vət ver­dim, son­ra isə:

- Bəl­kə, ve­ri­li­şin adı ba­rə­də bir az dü­şü­nək, - de­dim.

- Dü­zü, ad mə­ni də aç­mır, - de­di. - Ya­zı­lı­şa qə­dər fi­kir­lə­şib bir şey ta­pa­rıq.

- Axı ve­ri­li­şin adı “Ek­ran-efir” qə­ze­tin­də get­mə­li­dir.

- On­da bey­ni­mi­zi bir az qur­da­la­yaq, - de­di. - Əgər sən tap­san, on­da bir qo­naq­lıq mən­də.
Hə­rə öz alə­mi­nə çə­kil­di. Ba­şım­da şa­i­rin doğ­ma mis­ra­la­rı do­lan­dı:

Va­hi­dəm, xal­qı­mın qə­zəl şa­i­ri,
Mə­həb­bət şa­i­ri, gö­zəl şa­i­ri.

Se­vi­nə-se­vi­nə hə­min mis­ra­la­rı di­lə gə­ti­rib:

- Bu iki mis­ra ol­sun epiq­raf, - de­dim.

De­di:

- On­da ve­ri­li­şin də adı­nı elə be­lə qo­yaq: “Va­hi­dəm, xal­qı­mın qə­zəl şa­i­ri”.

- Bə­yə­nil­sin!

- De­mə­li, qo­naq­lıq da qa­lır öz qüv­və­sin­də, - de­yə­rək əli­ni dən düş­müş bı­ğı­na çək­di.

- Qo­naq­lıq qaç­mır, - de­dim. - Əsas mə­sə­lə odur ki, ve­ri­liş Va­hi­din adı­na la­yiq ol­sun.

- Bu­nun­çün gə­rək ça­lı­şaq. İs­tək ol­sa, qa­ya üs­tə gül də bi­tir­mək olar.

- Qı­zıl ki­mi söz­lər­dir, - de­dim.

Sa­ğol­la­şıb ay­rı­lan­da qa­pı­nın ağ­zın­da ayaq sax­la­dı:

- Bəs heç de­mə­din ki, mət­ni kim oxu­ya­caq - dik­tor, yox­sa aktyor?

- Mə­nə be­lə gə­lir ki, Ay­dın Qa­ra­dağ­lı­nın bo­yu­na bi­çi­lib.

- Ürək­dən-ürə­yə yol var, - de­di. - Elə mən də onu nə­zər­də tut­mu­şam. Ay­dın sə­si­nin eca­zı baş­qa aləm­dir. Çox bö­yük­dür onun au­di­to­ri­ya­sı! İn­di­dən tə­səv­vü­rü­mə gə­ti­ri­rəm ki, Va­hid qə­zəl­lə­ri Ay­dı­nın sə­sin­də ne­cə pər­vaz elə­yir! İna­nı­ram qi­ya­mət bir ve­ri­liş ola­caq.

Həf­tə do­lan­dı. Zəng elə­yib, ve­ri­li­şin ya­zı­lış gü­nü­nü öy­rən­di. Sö­za­ra­sı:

- Bəl­kə, ve­ri­li­şin mə­zə­si­ni bir az ar­tı­raq? - de­di. - Bi­lir­sən ki, Va­hid həm qə­zəl­xan­dı, həm də mey­xa­na us­ta­sı... O, Fü­zu­li­nin ya­di­ga­rı sa­yı­lır. Onun da bir ya­di­ga­rı var - Ələk­bər Şahid. O, Va­hid­lə qon­şu olub, ne­cə de­yər­lər, Va­hi­din tök­dük­lə­ri­ni yı­ğıb-yı­ğış­dı­rıb. Çox iste­dad­lı, se­vi­lən bir şa­ir­di. İs­tə­yi­rəm ki, Ha­cı Ka­zı­mı da gö­tü­rüb gəl­sin stu­di­ya­ya, Va­hi­di yad elə­sin­lər.

Dü­zü, bu mə­nim üçün göz­lə­nil­məz bir mə­qam ol­du. Sə­bə­bi va­rıy­dı bu­nun - mey­xa­na­nın qa­pı da­lın­da qa­lan vax­tıy­dı. Ra­dio, te­le­vi­zi­ya bir ya­na, heç kon­sertlər­də, toy­lar­da be­lə adı­nı tut­mur­du­lar mey­xa­na­nın...

Ona gö­rə də Sey­fəd­din mü­əl­li­min sö­zü çaş­dır­dı mə­ni. Du­ru­xan ki­mi ol­dum. Çox həs­sas adam idi, eh­ti­yat­lan­dı­ğı­mı o də­qi­qə hiss et­di. İnam­lı bir səs­lə:

- Sə­ni ba­şa dü­şü­rəm, - de­di. - Eh­ti­yat igi­din ya­ra­şı­ğı­dır. Mən də qoy­ma­ram ki, sə­nə xə­tər dəy­sin. Ko­mi­tə səd­ri­nə - Ən­vər Əli­bəy­li­yə de­yə­rəm, qur­ta­rıb ge­dər.

- İs­tə­yir­si­niz əv­vəl­cə mən baş re­dak­to­ra - Ra­uf İs­ma­yı­lo­va de­yim. Çə­tin­lik ya­ran­sa Ən­vər mü­əl­li­mə de­yər­si­niz.
Ra­zı­laş­dıq. Ve­ri­li­şin ya­zı­lı­şı sö­zün əsl mə­na­sın­da bir tən­tə­nə­yə çev­ril­di. Ələk­bər Şa­hid baş­da ol­maq­la mey­xa­na us­ta­la­rı si­nə­lə­ri­ni aç­mış­dı­lar. Stu­di­ya­nın ət­ra­fı­na o qə­dər adam top­laş­mış­dı ki!..

Bu­nu gö­rən­də baş re­dak­to­ru­mu­zun rən­gi ava­zı­dı. Qı­na­ma­lı de­yil­di onu. Be­lə şey­lər üstün­də ba­şı çox çək­miş, üzü çox dan­lan­mış­dı. Ne­cə de­yər­lər, ilan vu­ran ala ça­tı­dan qor­xar.

Sey­fəd­din mü­əl­li­min isə ke­fi ala bu­lud­da idi. Qa­nad­lan­mış­dı, uşaq ki­mi se­vi­nir­di. O, çırtıq ça­lıb, mey­xa­na us­ta­la­rı­nın sə­si­nə səs ve­rib oxu­yur­du.

Mon­taj vax­tı gə­lən­də Ra­uf mü­əl­lim yal­var-ya­xar elə­di:

- Qa­da­nız alım, dur­du­ğum yer­də mə­ni xa­ta­ya sal­ma­yın. Bir bö­lük uşa­ğım var. Ev­də işləyən tək mə­nəm, ha­mı gö­zü­nü mə­nə di­kib.
Sey­fəd­din Dağ­lı, qo­ca­man dik­tor Sol­tan Nə­cə­fov, Ay­dın Qa­ra­dağ­lı, ra­dio­jur­na­list Va­lid Sə­na­ni, ve­ri­li­şin re­jis­so­ru Zi­ya­fət Ab­ba­sov bir tə­rə­fə ol­du­lar, baş re­dak­tor bir tə­rə­fə. Açığı­nı de­yim ki, mən də on­la­rın tə­rə­fin­də idim...

Mü­ba­hi­sə xey­li uzan­dı. Ra­uf İs­ma­yı­lov de­di­yi­nin üs­tün­də da­ya­nıb du­rur­du ki, du­rur­du:

- Ol­maz, vəs­sa­lam!

Sey­fəd­din mü­əl­lim aya­ğa qal­xıb:

- Ra­uf, - de­di, - on­da mən ge­di­rəm Ən­və­rin ya­nı­na. Bə­ri baş­dan ica­zə­si­ni alım ki, nə verili­şə xə­ləl gəl­sin, nə də sə­nin ba­şın ağ­rı­sın.

Ra­uf mü­əl­lim onun qa­ba­ğı­nı kəs­di:

-Yax­şı, yaz­dı­rın, son­ra məs­lə­hət­lə­şə­rik.

Ha­şi­yə: Bir ne­çə il qa­baq “Şur” nəş­riy­ya­tın­da “Zül­fü Adı­gö­zə­lov xa­ti­rə­lər­də” ad­lı ki­tab ha­zır­la­yır­dıq. İs­tə­dik Şa­hi­din də xa­ti­rə­lə­ri­ni ki­ta­ba da­xil edək. O, Zül­fü Adı­gö­zə­lov barədə ürək ge­niş­li­yi ilə söz aç­dı. Söh­bət za­ma­nı Va­hi­di, ne­çə il­lər qa­baq Sey­fəd­din Dağ­lı­nın “Va­hi­dəm, xal­qı­mın qə­zəl şairi” ve­ri­li­şi­ni xa­tır­la­dıq. Ələk­bər Şa­hid xə­ya­lən ötən gün­lə­rə qa­yıt­dı. Jur­na­list dos­tum To­fiq Ab­dul­la­yev ditkto­fo­nun düy­mə­si­ni bas­dı. Bu­dur, onun söy­lə­dik­lə­ri:

“Sey­fəd­din Dağ­lı bir gün mə­ni ça­ğı­rıb de­di ki, Əli­a­ğa Va­hid haq­qın­da mətn yaz­mı­şam. Hə­min ve­ri­liş­də bir-iki ağız mey­xa­na de­yil­mə­li­di. Sən get, şa­ir yoldaşların­dan da bir ne­çə­si­ni tap gə­tir.

Sey­fəd­din mü­əl­li­min bu sö­zün­dən son­ra bir an­lıq fi­kir­ləş­dim ki, ki­mi ta­pım? Ağa­hü­seyn rəh­mə­tə get­miş­di. Fi­kir­ləş­dim ki, on­da gə­rək Ka­zım Şöv­qü­nü gö­rəm. Ha­cı Ka­zım Şöv­qü yax­şı mey­xa­na de­yir­di. Nə isə, onu ta­pıb gə­tir­dim. Gəl­dik ra­di­o­nun səs­yaz­ma studiyasına. Ora­da Sey­fəd­din Dağ­lı idi, Ay­dın Qa­ra­dağ­lı idi. Xa­nən­də Əbül­fət Əli­yev də gəl­miş­di. Əbül­fət qa­val­la ritm tu­ta­caq­dı. Ve­ri­li­şin re­jis­so­ru Zi­ya­fət Ab­ba­sov idi.

Sey­fəd­din üzü­nü mə­nə tu­tub:

- Hə, şa­ir, in­di siz baş­la­yın mey­xa­na de­mə­yə.

De­dim ki, Sey­fəd­din mü­əl­lim, axı, gə­rək kə­nar­dan bir qa­fi­yə qo­yul­sun, bun­dan son­ra biz baş­la­yaq.
Mən bu­nu de­yən ki­mi Sey­fəd­din dil­lən­di: “Gə­lin tu­taq qa­fi­yə­sin Va­hi­din...”
O, bu mis­ra­nı de­yən ki­mi mən:

- Qoy eşi­dək bir də sə­sin Va­hi­din, - de­yə­rək tez ar­xa­sı­nı gə­tir­dim:

Sə­nət yo­lu Va­hi­də ol­muş nə­sib,
Şi­ri-pə­lənglər onu gör­cək əsib,
Qu­caq-qu­caq söz me­şə­sin­dən kə­sib,
De bağ­la­yır kim şə­lə­sin Va­hi­din?
Gə­lin tu­taq qa­fi­yə­sin Va­hi­din,
Qoy eşi­dək bir də sə­sin Va­hi­din!

* * *

Dün­ya bir nöq­tə­dir şa­i­rin gö­zün­də,
Gö­rün­mə­yib­dir mis­li yer üzün­də,
Fəl­sə­fə­lər var sa­də sö­zün­də,
Açan kim­di fəl­sə­fə­sin Va­hi­din?
Gə­lin tu­taq qa­fi­yə­sin Va­hi­din,
Qoy eşi­dək bir də sə­sin Va­hi­din.

* * *

Kö­nül xo­şal­la­nır duz­lu sə­sin­dən,
Gül­şən ki­mi bə­zək­li süf­rə­sin­dən,
Ba­har ça­ğı bül­bü­lün nəğ­mə­sin­dən,
Siz din­lə­yin züm­zü­mə­sin Va­hi­din,
Gə­lin tu­taq qa­fi­yə­sin Va­hi­din,
Qoy eşi­dək bir də sə­sin Va­hi­din.

* * *

Bi­na­sı­nı qo­yub xoş əməl­lə­rin,
Tə­ri­fi­ni edib­dir gö­zəl­lə­rin,
Din­lə­mə­yə onun şux qə­zəl­lə­rin,
Yu­ban­ma­yın, siz tə­lə­sin Va­hi­din.
Gə­lin tu­taq qa­fi­yə­sin Va­hi­din,
Qoy eşi­dək bir də sə­sin Va­hi­din…”


Ve­ri­li­şin mət­ni də, mey­xa­na da len­tə alın­dı. Ay­dın Qa­ra­dağ­lı o gün il­ha­mın qa­nad­la­rın­da idi, Sey­fəd­din mü­əl­li­min yaz­dıq­la­rı­nı da, Va­hi­din qə­zəl­lə­ri­ni də özü­nə­məx­sus şövqlə, usta­lıq­la oxu­muş­du.

Sey­fəd­din mü­əl­li­min ar­zu­su ilə ve­ri­li­şə Va­hi­din öm­rü­nün son gün­lə­rin­də əmək­dar ar­tist Sol­tan Nə­cə­fo­vun us­tad­la apar­dı­ğı ge­niş mü­sa­hi­bə­dən fraq­mentlər də da­xil et­dik.

Ve­ri­li­şin mü­si­qi bə­zə­yi də bir aləm idi!

Ax­şam­dan xey­li ke­çən­dən son­ra mon­ta­jı ba­şa çat­dır­dıq. Baş re­dak­to­run 45 də­qi­qə­lik veri­li­şə qu­laq asıb, efi­rə ica­zə ver­mə­si­nə vaxt qal­mır­dı. Ra­uf mü­əl­lim od­la su ara­sın­da qal­mış­dı, bərk hə­yə­can ke­çi­rir­di. Mə­ni bir tə­rə­fə çə­kib:

- Bir şö­bə mü­di­ri ki­mi ve­ri­li­şə ba­şın­la ca­vab­deh­sən! - de­di.

- Çox yax­şı alı­nıb, - de­yə onu sa­kit­ləş­dir­mə­yə ça­lış­dım. - Son ay­lar­da be­lə gö­zəl verilişimiz ol­ma­yıb.

- Dü­şək aşa­ğı, heç ol­ma­sa mey­xa­na his­sə­si­nə qu­laq asaq.

Sey­fəd­din mü­əl­lim onun qo­lu­na gir­di:

-Ra­uf, tə­əs­sü­ra­tı­nı ya­ra­la­ma, - de­di. - Ge­dək özü­mü­zü evə tez çat­dı­raq, ve­ri­li­şə bü­töv halda qu­laq asaq.

O, nə fi­kir­ləş­di­sə Sey­fəd­din mü­əl­li­mi qu­caq­la­ya­raq:

- Hər şey sə­nə qur­ban ol­sun! - de­di. - Dost yo­lun­da bo­ran olar, qar olar! Uzaq ba­şı bir töh­mət ve­rə­cək­lər, qoy ver­sin­lər.

Sey­fəd­din mü­əl­li­min ey­ni açıl­dı. Sa­a­tı­na ba­xa-ba­xa :

- Töh­mət ni­yə? - de­di. - Sən tə­şək­kür­dən da­nış. İna­nı­ram ki, be­lə də ola­caq!

Sə­hə­ri le­tuç­ka gü­nü idi. Tez­dən ikin­ci mər­tə­bə­yə qal­xan­da gör­düm ki, Rauf mü­əl­lim diva­ra söy­kə­nib fi­kir­li-fi­kir­li si­qa­ret çə­kir. Üz-gö­zün­dən yu­xu­suz­luq tö­kü­lür­dü. Mə­ni görər-gör­məz:

- Ada­mın üs­tə Al­lah var, - de­di, - ve­ri­liş əla idi! - Sə­si ya­va­şı­yan ki­mi ol­du. - An­caq komi­tə səd­ri in­di­cə ya­nım­dan keç­di, nə­sə so­yuq sa­lam­laş­dı. Qor­xu­ram iki­mi­zin də aşı­nın su­yu­nu ver­sin­lər.

- Ra­uf mü­əl­lim, qorxma, Al­lah kə­rim­dir, - de­yə ona ürək-di­rək ver­dim.

Ra­di­o­nun say­seç­mə jur­na­listlə­ri, tex­ni­ki iş­çi­lə­ri bi­zi sağ­dan-sol­dan təb­rik edib, dür­lü-dürlü xoş söz­lər de­sə­lər də, le­tuç­ka­ya bi­ya­ra ge­dən adam­lar ki­mi gir­dik. Ni­ga­ran, həyəcan­lı...

Ke­çib ar­xa­da ya­na­şı otur­duq. Səd­rin gö­zü bi­zi ax­ta­rır­dı:

- Ra­uf İs­ma­yı­lov­la Na­hid Ha­cı­yev bu­ra­da­dır?

- Bu­ra­da­dır, - de­di­lər.

Elə bu sö­zə bənd imiş ki­mi qır­mı­zı rəngli te­le­fon - hö­ku­mət te­le­fo­nu dil­lən­di. Ən­vər müəl­lim dik­si­nən ki­mi ol­du. Qu­şun qa­na­dın­da dəs­tə­yi gö­tü­rüb:

- Bə­li, bə­li! - de­di. - Baş üs­tə, bu də­qi­qə təş­kil edə­rik!

Dəs­tə­yi ye­ri­nə qo­yan­da si­fə­ti işı­ğa bü­rün­dü:

-Zəng elə­yən Məm­məd İs­gən­də­rov idi - Ali So­ve­tin səd­ri. Əli­a­ğa Va­hi­də həsr olun­muş ve­ri­li­şi çox bə­yə­nib. İs­tə­yir ki, iki nüs­xə yaz­dı­raq onun­çün - bi­ri­ni evi­nə, bi­ri­ni də kabine­ti­nə.

O, üzü­nü bi­zə tu­tub:

- İki­ni­zin də ana­sı na­maz üs­təy­miş, - de­di. - Bu zəng ol­ma­say­dı, yağ­lı bir töh­mət gözləyir­di si­zi.

Ra­uf mü­əl­lim mə­nə sa­rı dö­nüb, ürək­lə əli­mi sıx­dı:

- Qə­deş, təb­rik­lər! Bu gün bay­ra­mı­mız­dır.

Hə­min ax­şam Sey­fəd­din mü­əl­lim bi­zə təm­tə­raq­lı bir qo­naq­lıq ver­di...
Ra­di­o­nun “Qı­zıl fon­du”nda sax­la­nan bu ve­ri­liş hər də­fə efi­rə ge­dən­də xə­ya­lən o uzaq sentyab­ra qa­yı­dır, o unu­dul­maz in­san­la­rı - Sey­fəd­din Dağ­lı­nı, Ay­dın Qa­ra­dağ­lı­nı, Ra­uf İs­ma­yı­lo­vu, Sol­tan Nə­cə­fo­vu də­rin hör­mət­lə xa­tır­la­yı­ram.

# 2423 dəfə oxunub

Müəllifin son yazıları

# # #