Niyə bu qədər kişi müəllif qadınlar haqqında xoşagəlməz ifadələr yazıb? - Yalçın İslamzadə

Niyə bu qədər kişi müəllif qadınlar haqqında xoşagəlməz ifadələr yazıb? - Yalçın İslamzadə
10 oktyabr 2025
# 10:17

Kulis.az Yalçın İslamzadənin "Mütaliənin hansı təsirləri var?" yazısını təqdim edir.

Kitab və mütaliənin tarixinə dair bir kitabda Kristin de Pizan adlı müəllifdən sitat var (1405-ci il),

"Niyə bu qədər çox kişi müəllif qadınlar və onların davranışları haqqında bu qədər xoşagəlməz ifadələr yazıb və yazmağa davam edir? Bu işlə məşğul olan təkcə bir ovuc yazıçı da deyil. Saysız-hesabsız filosof, xətib və şair indi də bu işlə məşğuldurlar".

700 il əvvələ aid bu fikri oxuyanda istər-istəməz günümüzdəki iddialar yada düşür və bu iddiaların daha fundamental bir məsələ ilə əlaqəli olduğu ağla gəlir.

Yaxud;

"Mütaliə insana eqosunu aşmağa, fərqli və daha geniş məkan və zaman anlayışı qazanmağa kömək edir. Mütaliə edən şəxs bir çox obrazın həyatın xəyalında yaşaya bilir".

Yaxud, "Gənc Verterin izdirabları" əsərinin təsirindən bəhs ediləndə Göteni sarayda qəbul edən saray əhlinin Verter kimi geyinmələrini misal göstərir.

Yaxud, buxarlı mühərrikin mətbəəyə tətbiqi və buxarlı qatarların ixtira olunmasının kitab dövriyyəsini artırması və bu faktorun şəhərlərin böyüməsinə təsirinə dair statistikalar verərək fikrini əsaslandırır.

Yaxud İskəndəriyyə kitabxanasındakı kataloqla Orta əsrlərdəki kataloqları müqayisə edərək iki dövrün hansı mövzularla maraqlandığını müqayisə edir.

Oxşar mövzudan bəhs edən yerli bir müəllifin kitabı isə statistika mərkəzlidir:

"Devanari əlifbası 50 işarə, 13 işarə isə sait və diftonqu, 33 heca və 4 köməkçi işarəni birləşdirirdi. Bu əlifbada diakritik və liqatura işarələri 600-ə qədərdir. Kitablar bambuk materialından hazırlanır, eni 20 sm, uzunluğu 30 sm olurdu".

Belə abzasdan hansı mənalı, məhsuldar, səbəb-nəticə əlaqəsi görməyə kömək edən sual çıxarmaq olar? Çətindir.

"Qədim Hindistanda istifadə olunan kitabların üz qapağının səthinin sahəsini hesablayın. Kitabın qalınlığı 10 sm olardısa, onun həcmini hesablayım kub metrlə ifadə edin".

# 1374 dəfə oxunub

Oxşar xəbərlər

Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü  qeyd olundu

Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

18:20 1 iyun 2026
Azərbaycanlı rejissor “Gələcəyin təlimatçısı”  adına layiq görüldü

Azərbaycanlı rejissor “Gələcəyin təlimatçısı” adına layiq görüldü

18:00 1 iyun 2026
Heykəltəraş Cümşüd İbrahimlinin 85 illiyi qeyd olundu

Heykəltəraş Cümşüd İbrahimlinin 85 illiyi qeyd olundu

16:30 1 iyun 2026
Fəhlə ailəsindən çıxan yazıçının böyük uğuru - Əyalətdə yazılan roman ən yaxşılar siyahısında

Fəhlə ailəsindən çıxan yazıçının böyük uğuru - Əyalətdə yazılan roman ən yaxşılar siyahısında

15:30 1 iyun 2026
Puşkinin dostu olan poliqlot bəstəkar - Çar niyə ona brilyant üzük bağışlamışdı?

Puşkinin dostu olan poliqlot bəstəkar - Çar niyə ona brilyant üzük bağışlamışdı?

15:00 1 iyun 2026
Çarlz Dikkens irqçi idi? – Muzeyin addımı qalmaqal yaratdı

Çarlz Dikkens irqçi idi? – Muzeyin addımı qalmaqal yaratdı

14:23 1 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər