“Böyük qayıdış. Həsrətin sonu” adlı sərgi təşkil olunacaq

“Böyük qayıdış. Həsrətin sonu” adlı sərgi təşkil olunacaq
4 iyun 2021
# 16:30

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə bu gün saat 20:00-da “Böyük qayıdış. Həsrətin sonu” adlı virtual sərgi təşkil olunacaq.

Qalereyadan Kulis.az-a verilən məlumata görə, sərgi işğaldan azad olunmuş ərazilərə Azərbaycan mədəniyyətinin qaytarılması hədəflərinə uyğun olaraq, torpaqlarımızın azad olunmasında Azərbaycan Ordusunun göstərdiyi rəşadət və qəhrəmanlığa həsr olunacaq.

Sərginin virtual ekspozisiyasında Elçin Mustafayev, Şəhla Qəhrəmanlı, Fərhad Yalquzaq, Nərmin Hüseynova, Emin Seyidov, Lalə Hüseynova, Rahib Qarayev, Leyla Altunay və bir çox rəssamların işləri yer alacaq.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

# 1569 dəfə oxunub

Müəllifin son yazıları

# # #