Türkiyədə müasir Azərbaycan hekayələri kitabı çap olunub

Türkiyədə müasir Azərbaycan hekayələri kitabı çap olunub
19 fevral 2021
# 14:30

"60-cı illərdən bu yana Azərbaycan hekayəsi" adlı kitab Türkiyədə nəşr olunub.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, üç kitab kimi düşünülən "Azərbaycan hekayə təhlilləri" seriyasının ilki artıq satışa çıxarılıb.

Kitabda Ənvər Məmmədxanlı, İsmayıl Şıxlı, Əzizə Cəfərzadə, İsa Hüseynov, Çingiz Hüseynov, Sabir Əhmədov, Sabir Azəri, Yusif Səmədoğlu, Anar, Elçin Əfəndiyev, Mövlud Süleymanlı, Mənzər Niyarlı, Sara Oğuz, Afaq Məsud, Kamal Abdulla, Rafiq Tağı, Eyvaz Əlləzoğlu kimi imzaların hekayələri məşhur professorların yeni metod təhlili ilə təqdim olunub.

Bu kitab və gələcəkdə çapı düşünülən digər iki kitab Türkiyədə Azərbaycan ədəbiyyatını daha çox tanıtmaq və eyni zamanda Azərbaycan-Türkiyə arasında ədəbi əlaqələri genişləndirmək məqsədi güdür.

Xatırladaq ki, Türkiyənin "Bengü yayınları"nda çapdan çıxan kitabı Lalə Qasımlı tərtib edib.

No description available.

# 1438 dəfə oxunub

Müəllifin son yazıları

# # #