Kulis 2019-un mükafatlarını təqdim edəcək

Kulis 2019-un mükafatlarını təqdim edəcək
25 dekabr 2019
# 10:30

Bu gün saat 15-də APA Group-un akt zalında 2019-cu ilin yazıçısına, şairinə və tənqidçisinə mükafatlar təqdim olunacaq.

Təqdimetmə mərasimini Kulis.az saytının Facebook səhifəsindən canlı izləyə biləcəksiniz.

İlin yazıçısı, şairi və tənqidçisi Kulisin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən Kulis.az saytında və digər mədəniyyət, ədəbiyyat saytlarında, eyni zamanda bu sahəyə aid qəzet və jurnallarda gedən materiallar, cari ildə çap olunan kitablar əsasında seçilib.

Seçilən imzalar aşağıdakılardır:

İlin yazıçısı: Səfər Alışarlı - “Qız və maneken” povest və hekayələr kitabına və “Kulis”də yayımlanan yeni hekayələrinə görə...

İlin şairi: Həmid HerisçiKulisdə yayımlanan və geniş marağa səbəb olan şeirlərinə görə

İlin tənqidçisi: Elnarə AkimovaYeni ədəbiyyat nümunələrindən, xüsusən gənclərin yaradıcılığından mütəmadi yazdığı səmərəli tənqidi yazılarına və bu il çap olunan “Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi” və “Əəbiyyat qəzeti”ndə təşkil olunan ədəbi müzakirələrin toplandığı “Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitablarına görə.

Xatırladaq ki, Kulis.az mədəniyyət portalı hər ilin sonunda bu ənənəni davam etdirəcək.

# 2359 dəfə oxunub

Müəllifin son yazıları

# # #