Tanınmış reper qəzaya düşdü

Tanınmış reper qəzaya düşdü
26 noyabr 2026
# 17:49

Amerikalı reper "2 Chainz" avtomobil qəzasında xəsarət alıb.

Kulis.az xəbər verir ki, 48 yaşlı sənətçi hadisə ilə bağlı sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, ABŞ-nin Atlanta şəhərində idarə etdiyi narıncı rəngli “Tesla Cybertruck” markalı avtomobilə qarşıdan gələn başqa bir maşın çırpılıb.

Reperin sözlərinə görə, digər sürücü yolda gördüyü heyvanda yayınmağa çalışarkən onun avtomobilinə çırpılıb.

Qəza nəticəsində reperin qabırğaları sınıb.

O, hazırda evdə istirahət etdiyini və səhhətinin yaxşı olduğunu bildirib.

"2 Chainz" paylaşımında hadisə zamanı spirtli içki və ya narkotik maddə qəbul etmədiyini, yuxulu olmadığını, həmçinin avtomobilin avtopilot rejimində hərəkət etmədiyini xüsusi vurğulayıb.

Hadisə noyabrın 22-də baş verib.

Qeyd edək ki, sənətçi bir neçə gün əvvəl də təxminən 200 min dollar dəyərində olduğu bildirilən avtomobilinin ciddi zədələnmiş görüntülərini paylaşmışdı.

# 118 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər