Ancelina Coli və Bred Pittdən birgə açıqlama - 10 il sonra

Ancelina Coli və Bred Pittdən birgə açıqlama - 10 il sonra
26 noyabr 2026
# 13:44

Hollivud ulduzları Ancelina Coli və Bred Pitt ayrılıqlarından təxminən 10 il sonra ilk dəfə birgə açıqlama yayıblar.

Kulis.az xəbər verir ki, keçmiş cütlük Fransada yerləşən “Chateau Miraval” şərab zavodu ilə bağlı uzunmüddətli mübahisəni məhkəməyə getmədən həll etdiklərini bildiriblər.

“Biz ailəmizin maraqlarını nəzərə alaraq mübahisəni məhkəmədən kənar yolla həll etdik və məsələ ilə bağlı əlavə şərh verməyəcəyik” deyə, onların nümayəndələrinin “The Telegraph” nəşrinə açıqlamasında qeyd edilib.

51 yaşlı Coli və 62 yaşlı Pitt mediada bundan sonra yayımlanacaq, adları açıqlanmayan mənbələrə istinad edən şərhlərin onlara və ya yaxınlarına aid olmadığını da vurğulayıblar.

Sənətçilər qarşılıqlı iddialarından imtina etmək üçün artıq məhkəməyə müvafiq sənədlər təqdim ediblər.

Beləliklə, 2027-ci ilin əvvəlində Los-Ancelesdə keçirilməsi planlaşdırılan və andlı iclasçıların iştirak edəcəyi məhkəmə prosesinin qarşısı alınıb.

Razılaşmanın maliyyə və hüquqi şərtləri isə gizli saxlanılır.

Ancelina Coli və Bred Pitt 2008-ci ildə Fransanın cənubunda yerləşən “Chateau Miraval” mülkünü və şərab zavodunu alıblar.

Cütlük 2014-cü ildə də məhz burada ailə qurub.

2016-cı ildə aktrisa boşanmaq üçün məhkəməyə müraciət edib.

Buna səbəb şəxsi təyyarədə baş verən münaqişə olub.

Colinin iddiasına görə, həmin vaxt sərxoş olan Pitt ona və uşaqlarına qarşı fiziki zorakılıq tətbiq edib.

Onların nikahı yalnız 2024-cü ilin sonunda rəsmən pozulub.

# 64 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Elmira Şabanova dəfn edildi

Xalq artisti Elmira Şabanova dəfn edildi

13:24 26 noyabr 2026
Buker ailəsi böyüyür - Uşaq ədəbiyyatı üçün ilk qısa siyahı açıqlandı

Buker ailəsi böyüyür - Uşaq ədəbiyyatı üçün ilk qısa siyahı açıqlandı

13:12 26 noyabr 2026
Ədəbiyyatda atalar və oğullar konflikti: Nəsillərin mənəvi varisliyi və müharibə yaddaşı

Ədəbiyyatda atalar və oğullar konflikti: Nəsillərin mənəvi varisliyi və müharibə yaddaşı

13:00 26 noyabr 2026
Bakıda tarixi binanın qapısının sökülməsi ilə bağlı protokol tərtib edildi

Bakıda tarixi binanın qapısının sökülməsi ilə bağlı protokol tərtib edildi

12:40 26 noyabr 2026
Londonun qaranlıq üzünü açan kitab ilin ən yaxşısı seçildi

Londonun qaranlıq üzünü açan kitab ilin ən yaxşısı seçildi

12:39 26 noyabr 2026
Teylor Svift haqqında 4500 sözlük yazı yeni mübahisə yaratdı

Teylor Svift haqqında 4500 sözlük yazı yeni mübahisə yaratdı

12:02 26 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər