Kitab oğrusu kimi müzakirə olunan Elməddin danışdı - Video

Kitab oğrusu kimi müzakirə olunan Elməddin danışdı - Video
7 iyun 2021
# 17:36

Kitab oğruları kimi gündəmdə müzakirə olunan iki şəxsdən biri - Elməddin Süleymanov məsələyə aydınlıq gətirib.

Kulis.az xəbər verir ki, o müzakirəyə çevrilən olayla bağlı video-müraciət yayıb. O, bildirib ki, məsələyə 3 gün əvvəl məhkəmədə xitam verilib və onlar bəraət alıblar. E. Süleymanov sözü gedən videonun 3 gün sonra yayılmasını qarşı tərəfin hiddəti ilə əlaqələndirib və kitabların yerindəcə qarşı tərəfə təhvil verildiyini qeyd edib.

Qeyd edək ki, Elməddin Süleymanov Türkiyədə prestijli universitetdə kino təhsili alıb, bir neçə sənədli filmin, qısametrajlı bədii filmin rejissoru və ssenari müəllifidir. Hazırda tammetrajlı filmin çəkilişləri ilə məşğuldur.

Elməddin Süleymanlının video-müraciətini təqdim edirik:

# 3657 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #