Azərbaycanlı filosof qız-oğlan münasibətlərindən roman yazdı

Azərbaycanlı filosof qız-oğlan münasibətlərindən roman yazdı
21 aprel 2021
# 12:30

Yazıçı-filosof Niyazi Mehdi yeni roman yazıb.

Kulis.azın verdiyi xəbərə görə, “Bloqer” adlanan roman novator.az saytında hissə-hissə yayımlanmağa başlayıb.

Romanın mövzusu haqda saytımıza açıqlama verən Niyazi müəllim bunları söyləyib:

“Mövzu öncə iki bir-birini bəyənməyən azəri qız və oğlanın ağıllı söhbətin və davranışın yaratdığı ortamda bir-birinə bağlanmasıdır. Əsas personaj Erkinin çox yeni və qəribə düşüncələri var. Bütün personajlar addım-addım Azərbaycanı ilginc olaylar və adamlar diyarı kimi duyurlar və görürlər. Məqsədim gənclərə ekzistensial dərinlikdə olan oğlan və qız örnəkləri verməkdir ki, maraqsız sifətsiz varlıqla vidalaşmaq istəyənlər özlərinə stimul alsınlar. Romanda dilin ağıllandırılması, epizodların kinematoqrafikləşdirilməsi kimi axtarışlar da var.”

Gallery

# 2264 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #