Bu gün italyan yazıçı və şair Stefano Benninin doğum günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Allahın varlığını bilmirəm, amma yoxdursa, bu onun üçün daha yaxşı görünür.
***
Xəyalların arxasınca qaçmaq üçün bərk fiziki hazırlıq lazımdır.
***
Deyirlər ki, yaxşı bir ideya kainatın soyuq ənginlikləri kimi hüdudsuz, dondurma seçimi kimi isə dəqiq olmalıdır.
***
Tale sevgi tortunu doğrayır: bəzilərinə üç dilim düşür, bəzilərinə isə cəmi bir qırıntı.
***
Sənət elə budur: insanı diri-diri udmaq istəyən gündəlik adilikdən qaçış.
***
Əgər bir mələklə qarşılaşsanız, rahatlıq yox, qızdırma tapacaqsınız.
***
Pəncərədən daxil olan günəş şüasının içində həyatı bəzən havada görürük. Və ona toz deyirik.
***
Tarix bizə baxır və ümid edirəm ki, ürəyi bulanmaz.
***
Həm Platonun, həm də Devid Bouinin qeyd etdiyi kimi, aşiq olmaq dəhşətli bir şeydir.
***
Yalnız ölü balıqlar axın boyunca üzər.
***
İqtisadiyyatda zirək olmaq və başqalarının arzularını anlamaq lazımdır, amma ən əsası başqalarına hansı arzulara sahib olmalı olduqlarını öyrətməkdir.