Mənim sevgim alicənab bir dəlilikdir... - Con Drayden

Mənim sevgim alicənab bir dəlilikdir... - Con Drayden
19 avqust 2026
# 13:50

Bu gün ingilis şair, dramaturq, tənqidçi Con Draydenin doğum günüdür.

Kulis.az onun yaradıcılığından məhəbbətə dair sitatları təqdim edir.

Məhəbbət hər zəkada bir cür hökm edər: nadanı aydınladar, aqili isə kor eylər.

***

Siyasətçilər nə sevər, nə də nifrət edərlər.

***

Sevgi ağrısı digər bütün zövqlərdən qat-qat şirindir.

***

Məhəbbətin mükafatı elə məhəbbətin özüdür.

***

Sevgi bizim seçimimiz deyil, taleyimizin hökmüdür.

***

Böyük əzəmətlər kiçik başlanğıclardan cücərər.

***

Qocalmışam, xanımların sevgisinə layiq deyiləm artıq, lakin gözəlliyin qüdrəti hələ də yadımdadır.

***

Qoy mərhəmət və xeyirxahlıq duyğularının əsas cəzb mənbəyi olsun. Çünki məqsədli sevginin sonu mütləq gələr; həqiqi fəzilət üzərində qurulan sevgi isə əbədi yaşayar.

***

Sevgi elə bir ehtirasdır ki, şərəfi alovlandırıb nəcib əməllərə çevirər.

***

Məhəbbət ya bərabərlik tapar, ya da onu özü yaradar.

***

Sevgi əlacı olmayan bir dərddir.

***

Şükürlər olsun Tanrıya, elə bir zəmanədə yaşayırıq ki, sevgi yolunda təkcə səhnədə can verirlər.

***

Mənim sevgim alicənab bir dəlilikdir.

***

Ah, sevmək nə qədər şirindir! Ah, gənc arzular nə qədər coşqundur!

Eşq alovuna ilk dəfə yaxınlaşanda necə də ləzzətli ağrılar dadırıq!

***

Məhəbbət ölməklə yaşamağın yolunu tapdı.

# 115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər