Zalsburqda azərbaycanlı rəssamın sərgisi açıldı

Zalsburqda azərbaycanlı rəssamın sərgisi açıldı
16 sentyabr 2023
# 10:40

Avstriyanın Zalsburq şəhərində Azərbaycan əsilli rəssam Ayna Hüseynovanın “Hisslərin rəngləri” adlı fərdi rəsm sərgisi açılıb.

Kulis.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Motsartplats” şəhər qalereyasında baş tutan sərgidə rəssamın yağlı boya ilə çəkilmiş 40-a yaxın əsəri nümayiş etdirilib. Onların arasında “Azərbaycan rəqqasları”, “Səadət”, “Ayna” və başqa sənət əsərləri olub.

Sərginin açılış mərasimində iştirak edən Azərbaycan icmasının üzvləri bu mədəni hadisə münasibətlə soydaşımızı təbrik edblər. 13 sentyabr tarixində açılan sərgi oktyabrın 31-dək davam edəcək.

# 795 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #