"Yeşilçam"ın unudulmaz filmlərindən olan "Ah nerede"nin serial versiyası çəkiləcək.
Kulis.az türk mətbuatına istinadla xəbər verir ki, Orhan Aksoyun 1975-ci ildə çəkdiyi "Ah Nerede" filmi mövsümlük serial olaraq ekrana uyğunlaşdırılır.
Qeyd edək ki, filmin başrollarını Tarık Akan, Gülşen Bubikoğlu, Adile Naşit və Halit Akçatepe paylaşmışdı.