Ötən il muzey ziyarətçilərinin və teatr tamaşaçılarının statistikası açıqlanıb

Ötən il muzey ziyarətçilərinin və teatr tamaşaçılarının statistikası açıqlanıb
24 yanvar 2017
# 10:29

Ötən il Azərbaycanda muzey ziyarətçilərinin və teatr tamaşaçılarının statistikası açıqlanıb. APA-nın Statistika Komitəsinin illik hesabatına istinadən verdiyi məlumata görə, 2016-cı ildə muzeylərə gələn ziyarətçilərin sayı 2,6 milyon nəfər, teatrlara gələn tamaşaçıların sayı isə 0,8 milyon nəfər olub.

Teatrlarda repertuar müntəzəm olaraq, təzələnir və tamaşalar Azərbaycan dili ilə yanaşı, rus və ləzgi dillərində də göstərilir.

Hazırda Azərbaycanda dövlət əhəmiyyətli tаrix, mədəniyyət, mеmarlıq, bədii və еtnoqrafiya qoruqlarının sayı 28-dir.

İlkin məlumatlara əsasən bu gün Azərbaycanda 33 milyon kitabxana fondu olan 3242 kütləvi kitabxana, 2650 klub müəssisəsi, 234 muzey, 28 peşəkar teatr və 347 mədəniyyət və istirahət parkı əhaliyə xidmət göstərir.

# 1023 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #