#

“Hüseyn Cavid” müsabiqəsinin qalibləri mükafatlandırılacaq

“Hüseyn Cavid” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
26 yanvar 2018
# 11:39

Fevralın 2-də Beynəlxalq Mətbuat Mərkəzində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə “Kaspi” Təhsil Şirkəti, “Kaspi” qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdikləri “Hüseyn Cavid – 135” şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçiriləcək.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, müsabiqənin qalibləri ekspert və münsiflər heyəti tərəfindən seçilib. İşıq üzü görən antologiyada müsabiqəyə təqdim olunan seçmə şeirlər yer alıb.

Sonda tədbir iştirakçılarına kitablar təqdim olunacaq.

# 1072 dəfə oxunub

Müəllifin son yazıları

# # #