Tiflisdə Beynəlxalq festival – Azərbaycan da var…

Tiflisdə Beynəlxalq festival – Azərbaycan da var…
4 may 2019
# 14:02

Mayın 6-dan 11-dək Tbilisidə Beynəlxalq Müəllif Mahnıları Festivalı keçiriləcək.

Gürcüstan saytlarına istinadla xəbər verir ki, musiqi bayramında Azərbaycanı rejissor Cavid İmamverdiyev təmsil edəcək.

Builki festival şair və bəstəkar Bulat Okucavanın anadan olmasının 95 illiyinə həsr olunub. Festivalın keçirilməsi üçün A.S.Qriboyedov adına Tbilisi Dövlət Akademik Rus Dram Teatrının səhnəsi seçilib.

Festivala 9 ölkəni təmsil edən ifaçılar qatılacaq./azertag.az/

# 1829 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #