Mərkəzi Kəşfiyyat İdarəsi məşhur filosofu izləyirmiş

Mərkəzi Kəşfiyyat İdarəsi məşhur filosofu izləyirmiş
14 avqust 2013
# 11:23

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) dünyanın ən məşhur filosoflarından sayılan Noam Xomskinin izlədiyi ortaya çıxıb. Kulis.Az-ın məlumatına görə məşhur filosof 1960-cı illərdən başlayan pasifist (anti-müharibə ruhlu) çıxışlarına görə hədəfə gəlib.

“Foreign Policy” jurnalının ələ keçirtdiyi sənədlər 1970-ci ildə hazırlanıb. MKİ bu barədə indiyənə qədər səsləndirilmiş iddiaları təkzib edirdi.

Jurnalın əldə etdiyi sənədlərdən biri MKİ əməkdaşının Federal Təhqiqatlar Bürosuna (FTB) göndərdiyi raportdan ibarətdir. Raportdan Xomskinin Şimali Veytranama olam səfəri haqqında təfərrüatlı informasiya tələb olunur.

Bu sənəd Kel Makklanahan adlı vəkilin “İnformasiya əldə etmə azadlığı” haqda qanuna müvafiq olaraq etdiyi müraciət nəticəsində ortaya çıxıb. Jurnal Xomski haqqında olan sənədlərin ləğv edildiyini yazsa da sənədlərin hansı hökumət zamanı ləğv edildiyini aydınlaşdıra bilməyib. Mütəxəssislər sənədlərin ləğvini kobud qanun pozuntusu sayır.

Noam Xomskinin “Dil və təfəkkür” kitabı Slavyan Universiteti tərəfindən tərcümə edilərək çap edilmişdi.

# 3088 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #